Karbamid
Karbamid — sidik cövhəri, karbon turşusunun diamidi. Rəngsiz, iysiz, kristallik maddədir.Formulu dəyişkən oldugundan-Hiqroskopikdir. Suda, etanolda, maye ammonyakda asan həll olur. Qeyri-polyar həlledicilərdə (alkanlar, xloro-form) həll olmur.
== Alınması ==
Fransız kimyaçısı İ.Ruell tərəfindən 1773-cü ildə kəşf edilmiş, 1818-ci ildə ingilis həkim və kimyaçı W.Praut karbamidi identifikasiya etmişdir. Karbamidin ilk dəfə sintezini 1828-ci ildə alman kimyaçısı F.Völer ammonium sianatı NH4NCO qızdırmaqla aparmışdır. Qeyri-üzvi maddələrdən üzvi maddənin (sidik cövhərinin) alınması vitalizm nəzəriyyəsinə ilk dəfə zərbə oldu.
Sənayedə karbamid karbonoksidin yüksək təzyiq (p 200atm) və temperatur (130-140ºC) şəraitində ammonyakla reaksiyasından alınır:
CO2+ 2NH3 → CO(NH2)2 + H2O
Karbamidin bu üsulla alınması 1870-ci ildə A.Bazarov tərəfindən təklif edilmişdir.
Tərkibində 46% azot olan karbamid sənayedə qranul şəklində istehsal olunur.
== Kimyəvi xassələri ==
Karbamid bəzi maddələrlə kompleks birləşmələr əmələ gətirir, məsələn hidrogen peroksidlə CO(NH2)2∙ H2O2.