kardinallıq
kardiocərrah
OBASTAN VİKİ
Faiq Quliyev (kardioloq)
Faiq Əlimuxtar oğlu Quliyev — Dosent == Həyatı == Faiq Əlimuxtar oğlu Quliyev 1984–87-ci illərdə Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda aspiranturada təhsil almış və 1988-ci ildə "Yeniyetmələrdə bronxoobstruktiv sindrom" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildən o, Ə. Əlyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirsə İnstitutunun I Terapiya və funksional diaqnostika kafedrasında assistent, sonra isə dosent vəzifəsində çalışır. 1989–93-cü illərdə institutun Urologiya və operativ nefrologiya kafedrasının doktoranturasında təhsilini davam etdirmişdir. O, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Latviya, Portuqaliya, Almaniya, İtaliyada keçirilən terapiya, kardiologiya və farmakoterapiya problemlərinə həsr olunan beynəlxalq konfranslarda iştirak etmişdir. F. Ə. Quliyev 150-dən artıq elmi məqalə, "Prostat vəzinin adenoması olan xəstələrdə mərkəzi və ağciyər hemodinamikası" monoqrafiyası və 10-dan artıq dərs vəsaitinin müəllifidir. O, eyni zamanda Beynəlxalq Ekoenergetika Akademiyasının professorudur. Ümumdünya kardioloji cəmiyyətin konqresslərində 2006-cı ildə Barselona, 2008-ci ildə Buenos-Ayresdə və Avropa Kardioloji Cəmiyyətinin konqresslərində Münxendə (2004, 2008 illərdə), Stokholmda 2005-ci ildə, Vyanada 2007-ci ildə, Barselonada 2009-cu ildə iştirak edib. Avropa Kardiologiya Cəmiyyətinin və Türkiyə Kadioloji Cəmiyyətinin üzvüdür. 2007-ci ildə Milan şəhərində "Hipertension" konfransında "Angiotenzin II reseptorlarının blokatoru valsartanla arteriyal hipertoniyanın pilləvari müalicəsi" elmi məruzə ilə çıxış edib. 2008-ci ilin iyun ayında Berlin şəhərində "Hypertension" konfransında "Arterial hipertenziyalı xəstələrdə atorvastatinin endoteliy reseptorlarına təsiri və effekti" məruzə ilə çıxış edib.
Kardiogen şok
Kardiogen şok ürəyin nasos funksiyasının kəskin çatmamazlığı nəticəsində (məsələn, miokard infarktı, ürək ritminin pozğunluğu, ürəyin tamponadası zamanı) meydana çıxan kəskin qan dövranı pozğunluğu. Bu hal potensial olaraq reanimasion tədbirlərlə aradan qaldırıla bilinir. Reanimasion tədbirlərsiz kardiogen şok beyin ölümü ilə nəticələnir. == Səbəbləri == Kardion şokun təsadüflərinin 80%-i xüsusən sənaye ölkələrində, miokard infarktının və ürək ritm pozğunluqlarının payına, ağciyər patologiyalarının payına 4%-i, beyin patologiyalarının (insultların) payına 2%-i, ağciyər emboliyası və digər patologiyaların (travmalar(3 %), boğulmalar(2 %), zəhərlənmələr(2 %) və tok vurma hallarının) payına 9%-i düşür. Ürəyin nasos funksiyasının pozulmasına gətirib çıxaran hallar: Mədəciklərin fibrilyasiyası – ürək əzələsinin yığılma qabiliyyəti ürək əzələ liflərinin kordinasiyasız, asinxron, xaotik işi nəticəsində pozulmuş olur. Nəbz defisitli mədəcik taxikardiyası – ürək döyüntülərinin sayı çox olduğundan diastola fazasının müddəti çox qısalmış olması diastolik və müvafiq olaraq sistolik həcmi azaltmış olur. Nəticədə qovulmuş qanın azlığı nəbzin dolğunluğunu təmin edə bilmir. Ürəyin elektro-mexaniki dissosasiyası (EMD) və ya nəbzsiz elektrik aktivlik – ürəyin elektrik aktivliyi mexaniki aktivliklə tamamlanmır ya cavablanmır. Asistoliya – elektrik və mexaniki ürək aksiyasının tamam dayanmasıdır. == Klinik mənzərə == İki əsas əlamət: 1)hipotenziya; 2)hipoperfuziya həkimə kardiogen şok diaqnozu qoymağa əsas verə bilər.
Kardioit
Kardioit — Yerin indiki forması (yəni qütblərdən basıq kürə). Riyaziyyatda kardioit və ya ürək əyrisi, sabit bir çevrə üzərində fırlanmasında olan eyni radiuslu ikinci çevrə üzərindəki hər hansı bir nöqtənin izlədiyi əyridir. Adı Yunanca kardia (ürək) və eidos (şəkil) sözlərinin birləşməsindən yaranmışdır. Ürək (♥) şəklinə bənzədiyinə görə belə adlandırılmışdı. Kardioit adını ilk dəfə 18-ci əsrdə yaşamış italyan riyaziyyatçısı Johann Castillon işlətmişdir. Radiusu a olan iki çevrənin yaratdığı kardioit, Karteziyan koordinant sistemində bu tənliklə ifadə edilir: ( x 2 + y 2 + a x ) 2 = a 2 ( x 2 + y 2 ) . {\displaystyle \,(x^{2}+y^{2}+ax)^{2}=a^{2}(x^{2}+y^{2}).} Eyni bir əyri, 0 < t < 2π üçün bu parametrli tənliklərdə (iki dəyişənli tənliklər) də ifadə edilə bilər: x ( t ) = a cos ⁡ t ( 1 − cos ⁡ t ) , {\displaystyle \,x(t)=a\cos t(1-\cos t),} y ( t ) = a sin ⁡ t ( 1 − cos ⁡ t ) . {\displaystyle \,y(t)=a\sin t(1-\cos t).} Qütb koordinat sistemində isə kardioitin ifadəsi belədir: r = a ( 1 − cos ⁡ θ ) . {\displaystyle \,r=a(1-\cos \theta ).} Triqonometrik funksiyaların bəzi çevirmə düsturları sayəsində, bu tənlikdə kosinus ifadəsini sinus ilə dəyişdirib, mənfi yerinə müsbət yazıla bilər. Ortaya çıxan şəkillər, eyni kardioitin mənşə ətrafında fırlanmış nüsxələri olacaqdır: Kardioit, limaçon əyrisinin xüsusi bir nümunəsidir.
Kardiologiya
Kardiologiya – tibbin ürək-damar sisteminin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir. == Haqqında == Kardiologiya — kliniki təbabətin ürək-damar sisteminin müxtəlif yaş dövrlərində anatomo-fizioloji, fiziki və psixi xüsusiyyətlərini, ürək damar sisteminin xəstəliklərini, onların diaqnostika, müalicə və profilaktika üsullarını öyrənən sahəsidir. Ürək-damar sistemi problemlərilə həkim kardioloq məşğul olur. Yalnız həkim kardioloq kardioloji xəstəliklərin düzgün diaqnostikasını apara və müvafiq müalicə təyin edə bilər. Üərk-damar sistemin xəstəliklərinin ümumi əlamətləri aşağıdakılardır: təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində ağrılar, başgicəllənməsi, qızdırma.
Kardioməşq
Kardioməşq — ürək döyüntüsünü artıran istənilən fiziki hərəkətlərin həyata keçirilməsidir. Ənənəvi olaraq kardioməşqlər deyərkən aerobika, sürətli yerimə, qaçış, velosiped sürmə, üzgüçülük, avarçəkmə, ip atlama və s. başa düşülür. Güç məşqləri də kardio rejimdə keçirilə bilər.
Kardioskleroz
Kardioskleroz (yun. καρδία "ürək" və σκληρός "bərk" söz.) — ürək əzələsinin patologiyası, miyokardda birləşdirici çapıq toxumasının böyüməsi, əzələ liflərinin dəyişdirilməsi və klapanların deformasiyası ilə xarakterizə olunur. Kardioskleroz sahələrinin inkişafı miokard liflərinin məhv olduğu yerdə baş verir, bu da əvvəlcə kompensasiyaedici miokard hipertrofiyasına, sonra nisbi qapaq çatışmazlığının inkişafı ilə ürəyin genişlənməsinə səbəb olur. Kardioskleroz koronar damarların aterosklerozu, koronar ürək xəstəliyi, müxtəlif mənşəli miokardit, miokard distrofiyasının nəticəsidir. == Təsnifatı == Morfoloji cəhətdən kardioskleroz iki növ olur: mərkəzi və diffuz. Etiologiyasından asılı olaraq kardioskleroz aşağıdakılara bölünür: infarktdan sonrakı kardioskleroz — miyokard infarktından sonra inkişaf edir, bir qayda olaraq mərkəzi xarakter daşıyır; aterosklerotik kardioskleroz — koronar damarların aterosklerozu nəticəsində inkişaf edir, diffuz xarakter daşıyır; postmiokardit kardioskleroz — miyokardda iltihablı proses nəticəsində inkişaf edir, diffuz xarakter daşıyır; anadangəlmə kardioskleroz — kollagenozlar və subendokardial fibroelastoz kimi anadangəlmə xəstəliklər səbəbindən baş verir. == Simptomları == Orta və diffuz kardioskleroz çox vaxt klinik olaraq simptomsuz keçir. Diffuz kardiosklerozun diaqnozu üçün əsas simptomlar ürək çatışmazlığı və miyokardın kontraktil funksiyasının pozulmasıdır. Funksional miokard toxumasının daha böyük sahəsi birləşdirici toxuma ilə əvəz olunur. Ürək döyüntüsü, aritmiya kimi keçiricilik və ritm pozğunluqları həmçinin qeyd olunur.
İmplantat kardioverzion-defibrilyator
İmplantat kardioverzion-defibrilyator (ICD) 1980-ci ildə Mişel Mirovski tərəfindən icad edilmiş, qəfləti ölümə səbəb olan ürək ritm pozğunluqlarında mədəciklər taxikardiyası və fibrilyasiyasını aradan qaldırmaq üçün 10–40 J gücündə elektrik cərəyanı verən elektrokardiostimulyator kimi insan bədəninə implantasiya edilə bilən bir tibbi cihaz. Cihaz özü iki hissədən: diaqnostik və terapevtik hissədən ibarətdir. Diaqnostik hissənin vəzifəsi meydana çıxan potoloji ritm pozğunluğunu aşkar etmək, tanımaq, terapevtik hissə isə tanınıb analiz olunduqdan sonra ritm pozğunluğuna müvafiq 10–40 J gücündə cərəyan ötürməkdən ibarətdir. Bu cihazın köməyi ilə bədxassəli ritm pozğunluğundan əziyyət çəkən insanları qəfləti ölümün pəncəsindən qurtarmaq mümkündür. İmplantat kardioverzion-defibrilyator kiçik cərrahi müdaxilə ilə döş qəfəsi, körpücükaltı nahiyəyə dəri altına implantasiya olunur. Onun ürək daxili naqilləri isə körpücükaltı venadan daxil edilməklə aşağı boş venadan keçməklə ürək daxilinə yeridilərək ürək əzələsinə sancılır. İmplantat kardioverzion-defibrilyatorlu pasientlərin maqnit dalğalarının təsirindən cihazın iş rejimi pozulduğundan nüvə-maqnit rezonans müayinəsi qəti qadağandır.
C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu
Elmi-Tədqiqat Kardiologiya İnstitutu (Azərbaycan)
Elmi-Tədqiqat Kardiologiya İnstitutu
Elmi-Tədqiqat Kardiologiya İnstitutu (Azərbaycan)
Elmi-Tədqiqat Kardiologiya İnstitutu (Azərbaycan)
Elmi-Tədqiqat Kardiologiya İnstitutu — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində dövlət müəssisəsi. Akademik Cahangir Abdullayevin adını daşıyır. Hal-hazırda İnstituta Azərbaycan alimi, professor, tibb elmləri doktoru Gülnaz Dadaşova rəhbərlik edir. == Tarixi == Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutu 1979-cu ildə Heydər Əliyevin təşəbbüsü ilə ürək-damar xəstəliklərinin dərk edilməsini təkmilləşdirmək və ürək xəstəliklərindən əziyyət çəkən xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə yaradılmış və akademik Cahangir Abdullayevin adı verilmişdir. İnstitut həmin ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət müəssisəsi kimi ilk növbədə elmi-tədqiqat və xəstələrə qayğı ilə məşğuldur. Qurumun hazırkı direktoru Gülnaz Dadaşovadır. O quruma 2018-ci ildən rəhbərlik edir. == Fəaliyyəti == === Tədqiqat === Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun fəaliyyəti ilk növbədə elmi-tədqiqat işlərinə yönəlib. İnstitut fundamental elmdən klinik və tərcümə tədqiqatlarına qədər ürək-damar xəstəliklərinin müxtəlif aspektləri üzrə tədqiqatlar aparır. Tədqiqatın məqsədi ürək xəstəliklərinin mexanizmləri, diaqnostikası, müalicəsi və qarşısının alınması ilə bağlı yeni anlayışlar tapmaqdır.
Elmi-Tədqiqat Kardiologiya İnstitutu (Ravalpindi)
Ravalpindi Kardiologiya İnstitutu (RIC) Pakistanın Pəncab əyalətinin Ravalpindi şəhərində Raval Yolunda yerləşən qeyri-kommersiya üçüncü dərəcəli ürək xəstəxanasıdır. 2012-ci ildə qurulan RIC-in ölkənin müxtəlif bölgələrinə səhiyyə xidmətləri göstərən təxminən 50 şöbəsi var. Xəstəxana Pəncabın Səhiyyə Nazirliyi tərəfindən yaradılıb və açılışını Pəncabın keçmiş baş naziri Şahbaz Şərif edib. == Tarix == 2005-ci ilin oktyabrında Ravalpindi Kardiologiya İnstitutunun (RIC) yaradılması Pəncab Baş Naziri Çaudri Pərviz Elahinin hökuməti tərəfindən təsdiq edildi. Tikintisinə 2010-cu ilin iyununda başlanılmış, dəyəri 2,75 milyard rupi təşkil etmişdir. Həmin vaxt Pəncabın baş naziri olan Şahbaz Şərif layihənin bir il ərzində tamamlanacağını bildirsə də, maliyyə çatışmazlığı səbəbindən layihə bu müddətə yerinə yetirilə bilmədi. Pakistan Müsəlman Liqası-N Milli Assambleyasının keçmiş üzvü Hənif Abbasinin sözlərinə görə, əyalət hökuməti layihə üçün 100 milyon rupi ayırıb. Baş nazir daha sonra RIC-in açılışının 14 avqust 2012-ci ildə baş tutacağını bildirdi, lakin avadanlığın quraşdırılması gecikdiyi üçün bu tarixdə də baş tutmadı. RIC Tibb Müfəttişi Dr. Şoaib Xan, layihənin təxirə salınmadığını, lakin səhiyyə departamentinin Ramazan və baş nazirin bəzi vacib tapşırıqları səbəbindən açılış mərasiminin gecikdiyini söylədi.