kardioloji

sif. tib. cardiologique, pour cardiaques

kardiologiya
kardioloq
OBASTAN VİKİ
Birinci Türk Dövlətləri Kardioloji Qurultayı
Birinci Türk Dövlətləri Kardioloji Qurultayı — kardiologiya sahəsində irəliləyişləri və problemləri müzakirə etmək üçün türkdilli xalqlardan alim və mütəxəssisləri bir araya toplayan beynəlxalq tədbir. Tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digərləri də daxil olmaqla türkdilli dövlətlərdən olan iştirakçılar arasında dialoq və bilik mübadiləsini asanlaşdırmaq məqsədilə təşkil edilib. Qurultayda kardiologiya sahəsində elmin ən son nailiyyətləri və ürək xəstəlikləri ilə bağlı aktual problemlər müzakirə edilmiş, müvafiq təkliflər hazırlanmışdır. Birinci Türk Dövlətləri Kardioloji Qurultayı Gülnaz Dadaşovanın sədrliyi ilə Səhiyyə Nazirliyi və nazirliyin akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) birgə təşkilatçılığı ilə aprelin 19-dan 21-dək Bakıda keçirilib. Qurultayda Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Bosniya və Hersoqovina, Şimali Kipr Türk Respublikasından institut direktorları, professor-həkim heyəti də olmaqla ümumilikdə 1000-dən çox iştirakçı qatılmışdır. Qurultayda 8 sessiyada elmi müzakirələr aparılmış, satellit simpoziumlar keçirilmişdir. Qurultay çərçivəsində Azərbaycanda ilk dəfə kardiologiya üzrə kurslar təşkil edilib. "Ürək-damar xəsətliklərində kardiak görüntüləmə" kursu zamanı ürək-damar xəstəliklərinin diaqnostikasında MRT görüntüləmə, kardiak KT angioqrafiya kimi müasir üsulların effektivliyi və əhəmiyyəti interaktiv şəkildə müzakirə olunub. Xarici həkimlərin iştirakı ilə baş tutan "Ürək qapaq xəstəliklərində yeniliklər: transkateter aorta qapağı implantasiyası (TAVI)" adlı kursda qapaq xəstəliklərinin açıq cərrahi müdaxilə olmadan invaziv üsulla bərpası, transkateter aorta qapağının implantasiyası (TAVI simulyasiyası) nümayiş olunub. Eyni zamanda, "Endovaskulyar anevrizmanin (EVAR) və torakal endovaskulyar anevrizmanın (TEVAR) bərpası və müalicəsi" kursunda bu əməliyyatlar barədə ətraflı məlumat verilərək, EVAR və TEVAR əməliyyatlarının simulyasiyası aparılıb.

Значение слова в других словарях