karkas-panel

karkas-panel
karkas
karkas-panelli
OBASTAN VİKİ
Panel furqon
Panel furqonlar 3-5 metr uzunluğunda qapalı çərçivəli daxili boş olan nəqliyyat vasitəsinin daxilinə yükləri yerləşdirməklə daşımaq üçün istehsal edilən yüngül ticari avtomobillərdirlər. Yarımqapalı açıq çərçivəli pikap yük maşınında yük açıq yerdə daşınarkən, bu modeldə yük qapalı anbarda olduğu kimi daxili boş olan hissədə daşınır. Məqsəd malları hava şəraitindən müdafiə etmək və uzun müddət təhlükəsiz formada saxlanmasına nail olmaqdan ibarətdir. Bundan əlavə, soyuducu sistemlə soyuq saxlanması tələb olunan mallar bu formada saxlanıla bilər.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel(ing. Intergovernmental Panel on Climate Change)- iqlim dəyişikliyinin qiymətləndirilməsi üzrə beynəlxalq qurumdur. Bu qurum BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Dünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən iqlim dəyişikliyi və onun potensial ekoloji və sosial-iqtisadi təsirləri haqqında məlumatların mövcud vəziyyəti ilə əlaqədar dünyanı açıq elmi mülahizələrlə təmin etmək üçün yaradılmışdır. İDHP-i hökumətlərarası və elmi bir orqandır. Hal-hazırda BMT-yə və WMO-ya üzv olan 194 ölkə eyni zamanda İDHP-nın üzvüdürlər və bu ölkələr iqlim dəyişikliyi anlayışına uyğun olaraq dünya üzrə ən son elmi, texniki və sosial-iqtisadi məlumatları nəzərdən keçirir və qiymətləndirirlər. İDHP-nin elmi və hökumətlərarası statusuna görə, bu qurum qərar qəbul edən şəxslərə ciddi və balanslı elmi məlumatlar təqdim etmək üçün unikal bir şərait yaradır. Bu səbəbdən Təşkilatın işi müvafiq siyasətlə bağlı olmaqdan savayı, həm neytral siyasətə və həm də təlimatsız siyasətə əsaslanır. İDHP hər hansı bir tədqiqat apamır və ya iqlimə bağlı məlumatları və amilləri izləmir. Dünyanın hər bir yerindən minlərlə alim könüllülük əsasında İDHP-in işinə yardım edir.

Значение слова в других словарях