karren

vt əl arabası ilə daşımaq
Karre
Karriere
OBASTAN VİKİ
Huan Karreno de Miranda
Huan Karreno de Miranda (isp. Juan Carreño de Miranda, 25 mart 1614[…], Aviles, Asturiya – 3 oktyabr 1685[…], Madrid) — Barokko dövründə yaşamış ispan rəssam. == Həyatı == Huan Karreno de Miranda, Avstriyadakı Aviles şəhərində özü ilə eyni ada malik bir atanın oğlu olaraq doğuldu. Ailəsi 1623-cü ildə Madridə köçdü. Rəssam, Pedro de Las Kuevas ve Bartolomeo Romanın şagirdi olaraq 1620-ci ilin sonuna qədər bu şəhərdə təhsil aldı. İşləri ilə Velaskesin marağına səbəb oldu. 1658-ci ildə Alkasar sarayındakı freskləri boyamaq üçün saray komissiyası tərəfindən köməkçi seçildi. 1671-ci ildə Sebastyan de Herreranın vəfatı ilə kraliçanın saray rəssamı oldu və portretlər çəkməyə başladı. Daha çox portretler rəssamı olaraq tanınan Miranda, Madriddə vəfat etdi. Tələbələri arasında Mateo Cerezo, Kabezalero, Donoso ve Ledesma Sotomayor olmuşdur.
Puerto-Karreno
Puerto-Karreno (isp. Puerto Carreño) — Kolumbiyada yerləşən şəhər və bələdiyyə. Viçada departamentinin inzibati mərkəzi. Şəhər departamentin şimal-şərq hissəsində, Orinoko çayının sol sahilində, paytaxt Boqota şəhərindən təxminən 740 kilometr uzaqlıqda, Meta çayının birləşməsi yaxınlığında yerləşir. Mütləq hündürlük dəniz səviyyəsindən 39 metrdir. Şəhərin sahəsi 12 410 km²-dir. Kolumbiya Milli Statistika İdarəsinin məlumatlarına görə 2012-ci ildə şəhər və bələdiyyənin ümumi əhali 15.012 idi. İl ərzində şəhər əhalisinin statistikası: 2005-ci il əhalinin siyahıya alınmasına əsasən, kişi əhalinin 50,5% -ni, qadınlar isə müvafiq olaraq 49,5% -ni təşkil edirdi. İrqi ağ və mestizo şəhər əhalisinin 70,7% -ni; hindlilər — 23,8%; zəncilər — 5,5% təşkil edirdi. 15 yaşdan yuxarı əhali arasında oxuma yazma səviyyəsi 85,8% təşkil etmişdir.
Vilder Karreno