Karrlar
Karrlar və ya Şrattlar (rus. карры, ing. karren, clints) — çılpaq karst sahələri üçün səciyyəvi olan xırda relyef formaları, paralel sıralarla yerləşən dik yamaclı dərin qırışıq formasında (dərinliyi bir necə sm-dən 1–2 m-ə qədər). Əhəng daşlarının səthi ilə ayrı-ayrı şırnaq şəklində axan atmosfer sularının həlletmə fəaliyyəti nəticəsində yaranır.