kartric
kartuz
OBASTAN VİKİ
Kartuş (heroqlif)
Kartuş — Qədim Misir heroqliflərində seçilməsi üçün firon və ya hökmdarın adını içərisində yazmaq üçün uzunsov, bir qədər oval şəklində kontur yaxud haşiyədir. IV sülalə dövründən başlayaraq, firon Snofru hökmranlığı zamanında tətbiq olunmağa başlanılmışdır. Beş firon titulundan yalnız Şəxsi ad və Taxt-tac adı kartuş haşiyəsində göstərilirdi. Bəzən qəbirə qoyulmaq üçün kartuş formasında üzərində hökmdarın adı yazılmış qızıl amulet ya tumar düzəldilirdi. Bu cür artefaktlar arxeoloqlar üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, qızıl tumarın köməyi ilə dəfn müddətini müəyyən etmək mümkün olur.

Значение слова в других словарях