kassini

kassini
kassilər 2021
kassir
OBASTAN VİKİ
Covanni Kassini
Covanni Domeniko Kassini (8 iyun 1625[…] – 14 sentyabr 1712[…], Paris, Fransa krallığı) — Fransız astronom. Yerin orbitini təyin etməyə cəhd edərkən nəzərdən keçirdiyi 4 tərtibli müstəvi əyrisi (Kassini ovalı) onun adı ilə adlandırılıb. == Fəaliyyəti == XVII əsrdə astronom Covanni Kassini 3 qonşu Fibonaççi ədədini əlaqələndirən düsturu isbat edib. Yerdən Günəşə qədər olan dəqiq məsafəni (149 597 870 700 metr) ilk dəfə 1672-ci ildə məşhur astronom Covanni Kassini ölçmüşdü. O, Yerdən Günəşə olan məsafənin 140 milyon kilometr olduğunu bildirmişdir.
Kassini aralığı
Kassini aralığı — Saturn planetini xarici halqaları arasındakı aralıq. Onun eni təxminən 5000 km-dir. İtalyan və fransız astronomu Jan-Dominik Kassini ( it. Gian Domenic Cassini, fr. Jean-Dominique Cassini; 1625—1712) tərəfindən 1675-ci ildə kəşf edilmişdir. == Kassini aralığı incəsənətdə == Stanislav Lemin "Araşdırma" adlı hekayəsində Kassini aralığına tədqiqat məqsədli zondların buraxılması insanlarla robotların birgə ekspedisiyasının əsas məqsədidir. Robotlardan biri qəza törədir və göyərtədəki insanları məhv etmək üçün gəmini Kassini aralığına yönəldir.
Aleksandr Anri Qabriel Kassini
Alexandre Henri Gabriel de Cassini (fr. Alexandre Henri Gabriel de Cassini; 1781, Paris — 1832) — Fransa botaniki, tanınmış Kassini nəslinin sonuncu nümayəndəsi. Kassini tərəfindən adlandırılmış taksonlar: Brachyscome (1816) Carphephorus Dracopis Cassini Emilia Cassini Eurybia (Cassini) S.F. Gray Euthamia (Nuttall) Cassini 1825 Facelis Cassini Guizotia Cassini Helianthus pauciflorus Nuttall ssp. pauciflorus, (Stiff Sunflower), Helianthus laetiflorus var. rigidus və 'H. rigidus (Cassini) Desf. kimi də təqdim olunub Heterotheca Cassini Ixeris (Cassini) Cassini Ligularia Cassini Pallenis Cassini Pluchea Cassini Sclerolepis Cassini Youngia Cassini Taraxacum Cassini == Mənbə == Cassini, Henri. 1813. Observations sur le style et le stigmate des synanthérées. Journal de Physique, de Chemie, d'Histoire Naturelle et des Arts 76: 97–128, 181–201, 249-75. King, Robert M., Paul C. Janaske, & David B. Lellinger (compilers).
Kassini-Hüygens (kosmik gəmi)
Çox zaman təkcə Kassini adlandırılan Kassini - Hüygens (Cassini - Huygens) kosmik - tədqiqat missiyası NASA, Avropa Kosmik Agentliyi (European Space Agency - ESA) və İtaliya Kosmik Agentliyinin (Italian Space Agency - ASI) birgə layihəsidir və planet Saturnu, onun halqaları və təbii peykləri daxil olmaqla Saturnun sistemini tədqiq etməyə göndərilmişdir. Flaqman sinfi kosmik gəmi həm NASA-nın Kassini zondundan, həm də Saturnun ən böyük təbii peyki olan Titana eniş edən ESA-nın Hüygens landerindən (lander-Aya və ya başqa planetlərə eniş etmək üçün dizayn olunan kosmik gəmi) ibarətdir. Kassini Saturnu araşdırmaq üçün göndərilən dördüncü, Saturnun orbitinə daxil olmağı bacaran ilk kosmik cihaz idi. Bu iki kosmik gəmi adlarını Giovanni Kassini və Kristian Hüygens astronomlarından almışdır. 15 oktyabr 1997-ci ildə Titan IVB / Centaur-dan xaricə çıxarılan Kassini təxminən 20 il kosmosda fəaliyyət göstərdi, 1 iyul 2004-cü ildə Saturnun orbitinə daxil olduqdan etibarən 13 il Saturnun orbitində fırlandı, planeti və sistemini öyrənməyə sərf etdi. Saturna səyahətə Venera (aprel 1998 və iyul 1999), Yer (Avqust 1999), 2685 Masurski asteroidi və Yupiterin (2000 dekabr) səthindən alçaqdan uçuş daxildir. Missiya 15 sentyabr 2017-ci ildə, Kassininin traektoriyası Saturnun yuxarı atmosferinə daxil olduqda və Saturnun təbii peyklərinin çirklənmə riskinin qarşısını almaq üçün yandırılmaqla sona çatdı. Missiya gözləntilərdən yüksəkdə uğura imza atdı - NASA-nın Planet Elm Bölməsinin direktoru Cim Qrin Kassini-Hüygens-i Saturn sistemi, təbii peykləri və halqaları, Günəş sistemində yaşamın harada ola biləcəyi anlayışı da daxil olmaqla insanların düşüncəsində inqilab edən "ilklərin missiyası" olaraq xarakterizə edir. Kassini-nin tərtibatçıları əvvəlcə 2004-cü ilin iyunundan 2008-ci ilin mayına qədər dörd il müddətinə bir missiya təyin etmişdilər. Missiya Kassini Bərabərlik Missiyası (Cassini Equinox Mission) adı altında 2010-cu ilin sentyabrına qədər 2 il müddətində uzadıldı.
Aleksandr Anri Qabriel de Kassini