Kauf

der; -(e)s, -¨e alış, alğı, alma; et. in ~ nehmen canını dişinə tutub razılaşmaq; e-n guten ~ machen yaxşı qiymətə almaq; ~ und Verkauf alğı-satqı, alıb-satma
kauern
Kaufauftrag
OBASTAN VİKİ
Kaufboyren
Kaufboyren (alm. Kaufbeuren‎) — Almaniyanın Bavariya əyalətinin cənub-qərb hissəsində tabe olan şəhər. Şəhər Şvabiyanın inzibati bölgəsidir. Bölgənin kodu 09 762 000 təşkil edir. 31 dekabr 2014-cü il tarixinə olan məlumat: ərazisi - 4002,83 ha; əhali - 42.014 nəfər; əhalinin sıxlığı - 1049.61 nəfər / km²; daxili sulara aid torpaq mövcudluğu - 953 cənub-şərq hissəsində yerləşir. == İnzibati bölgüsü == Şəhər 9 inzibati vahidə bölünür.: Qroskemnat (Großkemnat); Kaufboyren (Kaufbeuren); Klaynkemnat (Kleinkemnat); Mertsisrid (Märzisried); Noyqablonts (Neugablonz); Oberboyren (Oberbeuren); Sankt-Kosmas (Sankt Cosmas); Xirştsel (Hirschzell); Elmyüxanq (Ölmühlhang). Deutschland123 məlumatına görə şəhər 12 rayona bölünür: Altştadt (Altstadt), Am-Laynauer-Xanq (Am Leinauer Hang), Binenberq (Bienenberg), Vertaxşlayfe (Wertachschleife), Zonnenekk (Sonneneck), Kesselberq (Kesselberg), Kronenberq (Kronenberg), Noyqablonts, Oberboyren, Fliqerxorstzidlunq (Fliegerhorstsiedlung), Xaken (Haken) Xirştsel .
Çarli Kaufman
Çarli Kaufman (ing. Charles Stuart «Charlie» Kaufman; 19 noyabr 1958) — ABŞ rejissoru, ssenaristi. Çarli Kaufman 19 noyabr 1958-ci ildə Amerikanın Nyu-York şəhərində yəhudi ailəsində dünyaya göz açıb. Film sahəsinə marağı lap uşaq yaşlarından özünü göstərir. Kiçik yaşlarından valideynlərinin hazırladığı tamaşaların rejissorluğunu etməyə başlayır. Uşaqlığı və yeniyetməlik dövrü Vest Hartfordda və Kennektikutda keçib. 1974-cü ildə anası və böyük bacısı ilə bir çox məşhur insanın yaşadığı "Massapequa, Long İsland"a köçürlər. Həmişə çox ağıllı və yaxşı tələbə olan Kaufman özünə qapanıq, səssiz və utancağ bir insan olub. Dram klubunun təşkil etdiyi bir layihə üçün 3 il bir TV şirkətində işləyən Kaufman boş vaxtlarında "Dr. Jekyll and Mr.
Vlodko Kaufman
Vlodko (Vladimir) Kaufman (2 mart 1957, Karaqanda) – almanəsilli ukraynalı sənətçi, rəssam, qrafik sənətçi, ifaçı. O, bir çox incəsənət layihələrinin müəllifi, eləcə də, fərdi və qrup sərgilərinin iştirakçısıdır. Lvov Politexnik İnstitutunun memarlıq fakültəsində və İvan Truş adına Dekorativ və Tətbiqi Sənətlər Kollecində təhsil almışdır. 1989–1993-cü illərdə "Szlach" adlı sənət təşkilatının üzvü olmuşdur. 2005–2006-cı illərdə onun "Nostalgiyanın yox edilməsi" adlı rəsm əsəri "Dzyza"da ("Under the Hourglass" kafesi) quraşdırılmışdır. 2007-ci ildə Müasir İncəsənət İnstitutunun həmtəsisçisi olmuşdur. 2008-ci ildə "Art-Depot" (Lvov) layihəsi çərçivəsində "Ev gəzintisi" və "Müqəddəs Poltva" performanslarını, "QoqolFest" festivalı (Kiyev) çərçivəsində "Boşluq bəyannaməsi" performansını, III Bruno Şults Beynəlxalq Festivalı çərçivəsində Drohobitsk Şəhər Zalının saat qülləsində "Saatda performans" işini və Aktual İncəsənət Həftəsi (Lvov) çərçivəsində "B. N." performansını ərsəyə gətirmişdir. O, Lesya Kurbas adına Lvov Akademik Teatrı, M.Zankovetska adına Milli Akademik Ukrayna Dram Teatrı, Birinci Ukrayna Uşaq və Gənclər Teatrı, İ.Franko adına Milli Akademik Teatr (Kiyev) ilə fəal əməkdaşlıq etmişdir. O, 2008–2009-cu illərdə "Cari incəsənət həftəsi" layihəsinin (Lvov), 2009-cu ildə isə Birinci Beynəlxalq İncəsənət Festivalının "Fort. Missia" (Lvov vilayətinin Mostiski rayonunun Popoviçi kəndi) proqramının kuratoru olmuşdur.