kayut-kompaniya 2021
kayzer
OBASTAN VİKİ
Kayzen
Kayzen — yapon sözü olub mənası "yaxşılığa doğru dəyişmək", "inkişaf etmək" deməkdir. “Kaizen: The Key to Japan’s Competitive Success” kitabından sonra populyarlaşan və istehsalda geniş tətbiq edilməyə başlayan kayzen, keyfiyyət menecment sistemidir. Əsasən sənayedə (xüsusilə Toyota şirkətində) tətbiq olunsa da, kayzen gündəlik həyatda da istifadə olunur. Sözün düzgün yazılış forması "kaizen"dir. Lakin dilə yatımlılığına görə kayzen şəklində tələffüz edilir.
Kayzen.az
kayzen.az — bloq tipli veb sayt. == Adın etimologiyası == Kayzen yapon dilində "kai" və "zen" sözlərindən (改善) əmələ gəlib mənası yaxşılığa doğru dəyişmək, inkişaf etmək deməkdir. == Texniki tərəfləri == Saytı yaradarkən slashdot.org, habrahabr.ru, livejournal.com, facebook.com kimi sosial proyektlərin bəzi özəllikləri istifadə olunub. Sayt Livestreet CMS açıq mənbəli kontent idarə sistemi üzərində qurulub modifikasiya edilmişdir. Saytın funksionalında TinyMCE WYSIWYG-redaktoru, MooTools və JQuery freymvörkü, Highslide və s. JavaScript-lərdən istifadə olunmuşdur. Saytın həm iş masası versiyası, həm də mobil versiyası fəaliyyət göstərir.