Keller

der; -s, - evaltı, zirzəmi
Kelle
Kellner
OBASTAN VİKİ
Helen Keller
Helen Keller (ing. Helen Adams Keller; 27 iyun 1880; ABŞ, Alabama, Taskambiya; 1 iyun 1968; ABŞ, Konnentikut, İston) — amerikalı pedaqoq, aktivist, yazıçı, müəllimə və ictimai xadim. Uşaqlıq dövründən kar-kor və dilsiz olması onu bir çox həmkarından fərqləndirən mühüm xüsusiyyət olub. Maneələrə baxmayaraq, nail olduqları onu əfsanəvi bir şəxsiyyət halına gətirir. Beş dil bilən, üzən, şahmat oynayan Helen Keller yazdığı məqalələr və bir sıra kitablarla özünü əlillərə kömək etməyə həsr edir. Başda Amerika Görmə Əlillər Fondu olmaq üzrə bir çox təşkilatda çalışır və məhz bu səbəbdən dünyanın bir çox yerlərinə səyahət edir. == Həyatı == Kapitan Artur Henli Keller və Keyt Adams Kellerin qızı olan Helen Keller 1880-ci il iyun ayının 17-də Alabama ştatında Kolbert dairəsinin inzibati mərkəzi olan Taskambiyada sağlam körpə olaraq dünyaya gəlir, lakin 19 aylıq olarkən keçirdiyi xəstəlik nəticəsində görmə, eşitmə və danışma qabiliyyətini itirir. Bu xəstəliyin skarlatin və ya meningit olduğu ehtimal olunur. Helen 6 yaşında olarkən anası Keyt Keller Çarlz Dikkensin "Amerika qeydləri" əsərini oxuyur. Əsərdə kor və kar uşaq olan Lore Bricmen üçün edilənlərdən təsirlənir.
Markus Keller
Markus Keller (21 aprel 1967) — İsveçrəni təmsil edən triatlonçu. == Karyerası == Markus Keller İsveçrəni 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 18-ci pillədə başa vurdu.
Kristof Keller
Kristof Martin Keller (Christoph Martin Keller) — alman tarixçisi, Halledəki Fridrix Universitetinin professoru (1693). İlk dəfə olaraq dünya tarixini qədim, orta və müasir dövrlərə bölmüşdür. == İrsi == Tarix, coğrafiya, arxeologiya və latın filologiyasının inkişafına töhfə verib. Üç cildlik “Historia Universalis”də ( 1702 ) tarixin qədim, orta əsrlər və müasir dövrlərə bölünməsini elmi dövriyyəyə daxil etdi. Bu dövrləşdirmə ümumi qəbul edilib. "Qədim" tarix, Kellerə görə, İmperator Konstantinə qədər ( IV əsrin əvvəlləri) davam edir; Sonra Konstantinopolun türklər tərəfindən tutulmasına qədər ( 1453 ) “Orta əsrlər” tarixi var ki, bu da “yeni” tarixlə əvəzlənir.
Artemisia kelleri
Artemisia kelleri (lat. Artemisia kelleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Brickellia kellermanii
Brickellia kellermanii (lat. Brickellia kellermanii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid bitki növü.