kemeri 2021

kemeri
kembri
kempinq
OBASTAN VİKİ
Kemeri Milli Parkı
Kemeri Milli Parkı (latış. Ķemeru nacionālais parks‎) — Latviyanın Yurmala şəhərinin qərbində, Riqadan 50 km uzaqlıqda yerləşən milli park. Kemeri Milli Parkı sahəsində görə Latviyanın ən böyük üçüncü milli parkıdır (381,65 km2). Milli park ərazisinin böyük hissəsi meşələrdən və bataqlıqlardan ibarətdir. Milli parkda Böyük Kemeri bataqlığı (latış. Lielais Ķemeru tīrelis‎) yerləşir. Ərazidə Litorina dənizinin qalıqları olan laqun mənşəli bir neçə göl var. Kanieris gölü Ramsar yeri elan olunmuşdur. Milli parkda əsrlərlə müalicəvi məqsədlərlər istifadə olunmuş təbii bulaqlar və bataqlıqlar mühafizə olunur. Bulaqlar XIX əsrdə burada bir çox kurortların, spaların və sanitariumların tikilməsinə səbəb olmuşdur.