Kendo
Kendo – Yaponiyada yaranmış qılınc ilə rəftar etmə sənəti. Yapon dilində ken qılınc, do isə yol deməkdir. Ümumiyyətlə do kəlməsi fəlsəfi məna daşıyır və bir çox döyüş növlərinin adları bu kəlmə ilə bitir (Karatedo, Aykido, Cüdo və s.).
Yaponiyada qılınc daşımanın qadağan edilməsi ilə bir çox qədim döyüş növləri və əsasən də qılıncla rəftaretmə məktəbləri süquta uğradı. Bəzi məktəblər itib-batdı, ənənələri davam etdirmədi, bəzi məktəblər qadağan edildi. Kencitsu texnikaları isə bir qədər yumşaq formaya gətirilməklə idman yarışı şəklinə çevrildi və beləliklə Kendo döyüş növü peyda oldu.
Kendo döyüş növü hazırda elitar döyüş növlərindən sayılır. Yaponiyada bir çox məktəblərdə və universitetlərdə əlavə dərs kimi keçilir və bu ölkədə çox məşhur bir idman növüdür.
Kendo döyüş növü Koreyada Kumdo adı ilə tanınır.
== Məqsədi ==
Bir çox Şərq döyüş növləri kimi Kendonun da müxtəlif fəlsəfi təməl prinsipləri vardır.