Ketlər
Ketlər (rus. Кеты) — Rusiya Federasiyası Sibir Federal Dairəsinin Krasnoyarsk diyarının Yenisey vadisində yaşayan az saylı xalq. Ket xalqı tərəfindən danışılan Ket dili Yenisey dillərinə daxildir. Yenisey dillərinə daxil olan bütün dillər ölü dil siyahısına daxil olduğu halda, yalnız Ket dili ölü dil sayılmır. Ket dili bu gün iki yüzə yaxın insan tərəfindən danışılır. Ketlərin böyük bir qismi Pravoslavlıq məzhəbinə mənsubdurlar. Əhalinin kiçik bir qismi ənənəvi olaraq Şamanizm və Animizm təriqətlərinə etiqad edir. Son siyahıya alınmaya əsasən Ketlərin ümumi sayı 1.600 nəfərə yaxındır. Bu şəxslərdən cəmi 200 nəfəri ana dili kimi Ket dilindən istifadə edir.