Keçisaqqal astrakanta
Astracantha barba-caprina (lat. Astracantha barba-caprina) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü.
== Ümumi yayılması ==
Azərbaycan.
== Azərbaycanda yayılması ==
Naxçıvanın Şahbuz rayonunda (Tirkeş kəndi) yayılmışdır.
== Statusu ==
Azərbaycanın nadir bitkisidir. VU C2a(i).
== Bitdiyi yer ==
Azərbaycan Naxçıvan dağlarının quru, daşlı yamaclarında, dəniz səthindən 1400–1500 m hündürlükdə yayılmışdır.
== Təbii ehtiyatı ==
Azərbaycanda təbii ehtiyatı azdır.
== Bioloji xüsusiyyətləri ==
Yarpaq tökən, 1-2 sm diametrində olan, budaqları qalın və yoğun tikanlarla örtülü, 50-70 sm hündürlüyündə koldur. Kollarının üzərindəki budaqlardan çoxlu qısa yan budaqları çıxmışdır.