kiklop
kiks
OBASTAN VİKİ
Kikloplar
Kikloplar, Sikloplar, Təpəgözlər (yun. κύκλος girdə, όψις göz) yunan mifologiyasında personajlar. Kikloplar Geya tərəfindən doğulmuş Arq (yun. Ἄργης, "parıltı"), Bront (yun. Βρόντης, "şımşək") və Sterop (yun. Στερόπης, "gurultu") adlı üç təpəğözdür. Hesiod teoqoniyasına görə Geya Uranla nigaha girərək dağları, nimfaları, Pontu, altı kişi və altı qadın cinsli titanları, kiklopları, yüzqollu yüzgolluları, nəhəngləri, Eriniləri dünyaya gətirmişdir. Uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın - yerin bətnində - zülmət Tartarda gizlətmişdir. Uran devrildikdən sonra azad olunsalar da Kron malik olduqları əzəmət və gücündən hakimiyyətinə təhlükə ola biləcəyindən ehtiyyatlanaraq onları təzədən Tartara saldırmış olur.