kimmerlər

kimmerlər
kimmerilər 2021
kimoqraf
OBASTAN VİKİ
Kimmerlər
Kimmerlər – (lat. Cimmerii, q.yun. Κιμμέριοι) — e.ə. VIII–VII əsrlərdə Cənubi Qafqaza gələn tayfalardır. == Yazılı mənbələr == Mənbələrin verdiyi məlumata görə kimmerlər Şimali Qara dəniz hövzəsindən köç edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşmşdılar.Herodotun yazdığına görə, e.ə. VIII əsrdə Şərqdən Qara dənizin Şimal çöllərinə-kimmerlərin ölkəsinə skiflər gəlmişdilər. Kimmerlər onlarla toqquşmaqdan çəkkinmiş, yığışıb Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya köç etmişdilər.Q. Qeybullayev qeyd edir ki, bu məlumatda skif deyildikdə, konkret hansı etnosun nəzərdə tutulduğu bəlli deyil. Çünki, antik müəlliflərin əsərlərində skif konkret bir etnosun adı deyildi. Herodotun kimmerlər ("kimmer" sözün qədim yunan dilinə uyğunlaşdırılmış formasıdır) adlandırdığı bu türk etnosunun əsil adı isə Kəmər, yaxud da Qəmər kimi bərpa edilə bilər. İlk dəfə qədim yunan şairi Homer bu adı kimmer kimi işlətmiş, sonrakı müəlliflər də bu ənənəyə sadiq qalmışdır.