Əyilmiş kladoniya
Əyilmiş kladoniya (lat. Cladonia strepsilis) — fungi aləminin ascomycota şöbəsinin lecanoromycetes sinfinin lecanorales dəstəsinin cladoniaceae fəsiləsinin cladonia cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.
Üfüqi tallomu diamteri 5–25 mm olan lövhəciklərdən ibarətdir. Lövhəciklərin üst səthi zeytuni –boz, alt tərəfi ağımtıldır. Sıx çim qatı əmələ gətirir. Podesiləri qısa, silindrik, hamar, uc hissəi qıf şəklində qalınlaşmışdır. Hündürlüyü 0,5-2,5 sm-dir. Podesilərin üzərində pulcuq formalı fillokladi çıxıntıları əmələ gəlir.