Kleptokratiya
Kleptokratiya
(qədim yunanca κλέπτειν – oğurlamaq və κράτος – hökmranlıq sözündən götürülüb) – “Oğruların hakimiyyəti” deməkdir.
Öz şəxsi zənginliyini və siyasi gücünü artırmaq üçün öz ərazisinin insanları və təbii sərvətlərini istismar etmək səlahiyyətlərini istifadə edən korrupsiyalı liderlərin (kleptokratlar) rəhbərlik etdiyi bir hökumətdir. Tipik olaraq, bu sistem daha geniş əhalinin hesabına pul vəsaitlərinin mənimsənilməsini nəzərdə tutur.
== Xüsusiyyətləri ==
Kleptokratiya ümumiyyətlə diktaturalar, oliqarxlar və ya xarici nəzarətin qeyri-mümkün olduğu və ya mövcud olmadığı digər avtoritar və nepotist hökumətlərlə əlaqələndirilir. Nəzarətin olmaması kleptokratik vəzifəli şəxslərin həm dövlət fondlarının tədarükü, həm də həmin vəsaitlər üçün ödəniş vasitəsini idarə etməsi bacarığından istifadəsinə gətirib çıxara bilər. Kleptokratik hökümətlər tez-tez ölkənin xəzinəsindən şəxsi rifah mənbəyi kimi istifadə edirlər, əldə edilən gəlirləri lüks həyata xərcləyirlər. Bir çox kleptokratik rəhbərlər gizli şəkildə dövlətdən pul çıxararaq, gizli şəkildə xarici ölkələrdəki bank hesablarına köçürürlar.
Kleptokratiyanın spesifik bir nümunəsi Raubwirtschaft , alman dilində "talan iqtisadiyyatı" və ya "təcavüz iqtisadiyyatı" deməkdir, burada dövlətin bütün iqtisadiyyatı quldurluq, talan və fəth edilmiş ərazilərin talan edilməsinə əsaslanır. Belə dövlətlər qonşuları ilə davamlı müharibədədirlər və ya vergiyə cəlb edilə bilən hər şeyi öz məqsədləri üçün istifadə edirlər. Siyasətdə, iqtisadiyyatda və vətəndaş hüquqlarında belə rejimlərin nəticələri kleptokratların hakimiyyəti altında olan xalqlar üçün olduqca zərərlidir.