KLERK
KLİMAKTERİ
OBASTAN VİKİ
Klimaks
Klimaks və ya menopauza - orqanizmin təbii “qocalma” prosesinin mərhələsidir. Qadında menstruasiya (aybaşı) ardıcıl olaraq 12 ay olmadıqda, klimaksdan söhbət açıla bilər. Klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonların (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsidir.Klimaks, klimakterik dövr – qadın cinsi sistemi üzvlərinin geriyə inkişafı dövrüdür. Klimaks, ilkin olaraq yumurtalıqlarda yumurta hüceyrəsi yetişdirilməsi prosesinin tədricən pozulması ilə başlayır. İlk zamanlarda yumurta hüceyrəsi özünün tam yetişkənlik səviyyəsinə çatmadığı üçün ovulyasiya da baş vermir. Bütün bunlar, yaşın artması ilə əlaqədar olaraq, qadın orqanizmində progesteron və estrogen kimi, qadın cinsi hormonların hazırlanmasının azalması səbəbindən baş verir. Əvvəlcə aybaşılar qeyri-müntəzəm xarakter alır. Aybaşı bəzən qısa, bəzən uzun çəkir, bəzən bir neçə ay fasilədən sonra yenidən başlayırlar. Daha sonda isə aybaşı tamamilə və həmişəlik olaraq yox olur. Qadının yumurtalıqlarında yumurta hüceyrələrinin yetişdirilməsi, ovulyasiya və sarı cismin yaranması prosesi də dayanmış olur.

Значение слова в других словарях

кларне́т оска́ливать по-матро́сскому по́длинное портно́вский у́харствовать шелкопря́д наутофо́н планетолётный подва́рка по́днизь прока́шиние рефрижера́тор устрица beach bunny build over playful puzzlehead running thermophysics unhesitating значительно катавасия наголо спай