Kolontitul

fr. colonne – sütun; titulus – başlıq, sərlövhə 1) mətbəədə səhifə başlanğıcı; 2) səhifə başlığı – kitab, qəzet və jurnalın hər səhifəsinin mətni üstündə verilən məlumat (əsərin, onun bir hissəsinin, fəslinin və s.-nin adı). Ensiklopedik nəşr və lüğətlərdə kolontitul səhifədəki ilk və son məqalələrin adından yaxud onların baş hərflərindən ibarət olduğu üçün mündəricatı əvəz edib lazımi materialın axtarışını asanlaşdırır. Jurnallarda kolontitul adətən, müəllifin familiyası və əsərin adı, qəzetlərdə isə qəzetin adı, buraxılma tarixi və nömrəsi verilir.
Kollokvium
Kombinasiya
OBASTAN VİKİ
Kolontitul
Kolontitul (fr. colonne "colonne" – sütun və lat. titulus "titulus" – başlıq, yazı) — səhifənin yuxarı və aşağı sahələrində yerləşdirilən xidməti informasiyadır. Məsələn, bu müəllifin adı, əsərin, bölmənin, fəslin, paraqrafın adı, tarix, səhifənin nömrəsi və s. ola bilər. Belə elementlər böyük həcmli sənədlərlə işi asanlaşdırır və çap olunandan sonra kitabın rahat oxunmasını təmin edir.

Значение слова в других словарях