Vartaşen kolxozçusu
Lenin bayrağı — Sovet dövründə İndiki Oğuz rayonunda nəşr edilən qəzet. 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamışdı.
== Tarixi ==
1962-ci ildə Nuxa şəhərində "Nuxa fəhləsi" adlı rayon qəzetinin əvəzinə, "Lenin bayrağı" adlı yeni bir rayonlararası qəzetin nəşrinə başlanılmışdı. Həmin qəzet nəşrə başladıqdan 7-8 ay sonra, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı ilə Nuxa rayonunun ərazisi, Nuxa şəhəri istisna olmaqla, Vartaşen rayonuna birləşdirildi. 2 il sonra isə Nuxa rayonu, əvvəlki hüdudlarında yenidən bərpa edildi. Bu iki il müddətində "Lenin bayrağı" qəzetinin redaksiya ofisi əvvəlki kimi yenə də Nuxa şəhərində yerləşmişdi və qəzet yalnız Nuxa mətbəəsində çap olunmuşdu. Sadəcə, həmin qəzet 175-ci sayından (17.03.1963) 457-ci sayınadək (17.01.1965) Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı olmuş, o dövrlərin rayon qəzetləri kimi həftədə cəmi 3 dəfə çıxmışdı. Lakin bu qəzet 30 iyun 1965-ci il tarixli 525-ci sayından sonra bir daha çap edilmədi. Əvəzində, 2 iyil 1965-ci il tarixdə "Nuxa fəhləsi"nin nəşri bərpa edildi. Bundan sonra "Vartaşen kolxozçusu" qəzeti "Lenin bayrağı" adlandı və Sovet dövrünün sonunadək həmin ad altında nəşr olundu.