Gecə canavarı (Mortal Kombat)
Gecə canavarı (ing. Nightwolf) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. İlk dəfə bu personaj 1995-ci ildə Mortal Kombat 3 videooyunu üçün hazırlanmışdır. Ardınca "Gecə canavarı" personajı Mortal Kombat oyun seriyaları olan Ultimate Mortal Kombat 3, Mortal Kombat Trilogy, Mortal Kombat: Deception və Mortal Kombat: Armageddon döyüş oyunlarında vardır.
Yeraltı dünyanın portalları Şimali Amerikaya açılan zaman Gecə canavarı dəstəsini qorumaq üçün magiyadan istifadə etməyə başlayır. Bu müqəddəs torpaq hətta Şao Kannın qara qüvvələrinin daxil ola bilmədiyi torpaqdır. Bu səbəbdən Gecə canavarı Yerdə yaşayan döyüşçülərə hindu dəstəsinə məxsus torpaqlara qaçmağa kömək edir ki, Yeraltı dünyanın qara qüvvələri onları məğub edə bilməsin. Məhz həmin torpaqlardan Yer döyüşçüləri Şao Kanna qarşı plan qura bilərlər. Yer döyüşçülərin Şao Kann üzərində qələbə qazandıqdan sonra Gecə canavarı dəstəsinə çoxdan itirilmiş torpaqları geri qaytarır. Bu hindu dəstələri burada böyük xalq dəstəsi quraraq Yerin ən böyük liderlərindən birinə çevrilirlər.