Kompilyator

translyator növü, proqram modulu və ya ayrıca proqram. Bir proqramlaşdırma dilində yazılmış proqramın digər proqramlaşdırma dilində yazılan proqrama, onun yerinə yetirlməsinə qədər tam tərcümə olunmasıdır. Translyatorların başqa bir növü olan interpretatorlar proqram mətninin analiz və tərcüməsini addımbaaddım, bilavasitə yerinə yetirilmədən əvvəl həyata keçirirlər.
Kompilyasiya
Kompleks
OBASTAN VİKİ
Kompilyator
Kompilyator — kompüter proqramı olub, proqramlaşdırma dilində yazılmış kodu başqa bir kompüter dilinə çevirir. Proqramlaşdırma dilində yazılmış kodu çevirməkdə əsas məqsəd çağrıla bilən proqram almaqdır. Kompilyatorlar əsasən, yüksək səviyyəli proqramlaşdırma dilində yazılmış kodları aşağı səviyyəli proqramlaşdırma dilinə çevirir. Birdən çox əməliyyat sistemlərində çalışan kompilyatorlara kross-kompilyator deyilir. Kompilyatorun proqramlaşdırma dilində yazılan koda yalnız 1 dəfə ehtiyacı var. Kompilyator həmin kodu bir dəfə oxuyur və hər dəfə kodu işə salanda yenidən oxumasına ehtiyac qalmır. C#, C, C++, Pascal, Delphi, Java və s. proqramlaşdırma dilləri kompilyatorlu dillərdir.
Artımlı kompilyator
Artımlı kompilyator (en. incremental compiler ~ ru. пошаговый компилятор ~ tr.artımlı derleyici)– proqramın yalnız dəyişdirilmiş bölümünü kompilyasiya edə bilən kompilyator. Adi kompilyatorlar modulları, yaxud proqramları bütövlükdə kompilyasiya edir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Dr. Dobb's Journal about making an incremental C++ compiler R. Smith, A. Sloman and J. Gibson, POPLOG's two-level virtual machine support for interactive languages, in Research Directions in Cognitive Science Volume 5: Artificial Intelligence, Eds.

Значение слова в других словарях