kompozisiyalı
kompozitor 2021
OBASTAN VİKİ
Kompozit material
Kompozit material (kompozisiya materialı və ya birləşmə materialı da deyilir) əhəmiyyətli dərəcədə fərqli fiziki və kimyəvi xüsusiyyətləri olan iki və ya daha çox tərkibli materialdan hazırlanmış və birləşdirildikdə əvvəlkindən fərqli xüsusiyyətlərə sahib bir məmulat istehsal edən bir materialdır. Kompozit materialları bir neçə komponentdən ibarət olan materiallardır. Adatən, kompozit material plastik bazadan (matrisadan) və ona əlavə möhkəmlik, sərtlik, yüngüllük və s. verən gücləndirici doldurucudan ibarət olur. İstifadə olunan materiallardan, onların miqdarından və istiqamətindən asılı olaraq kompozitlərin xüsusiyyətləri istənilən xassələri əldə etmək üçün dəyişə bilər.
Kompozit order
Kompozit order, İonik order başlıqlarının volyutalarını Korinf orderindəki akanthus yarpaqları ilə birləşdirən kompleks bir orderdir.
Kompozit zirehlər
Kompozit zirehlər müasir dövrdə metal kimi klassik materialların bir çox xüsusiyyətləri inkişaf etməkdə olan texnologiyanın ehtiyacları üçün yetərli deyildir, buna görə də üstün xüsusiyyətlərə malik kompozit materiallar istehsal edilməyə başlanılmış və bu baxımdan sürətli bir inkişaf prosesi başlanmışdır. Klassik materiallarla müqayisədə kompozit materialların ən qabarıq xüsusiyyətləri yüngüllük və davamlılıqdır. Tədqiqat və inkişaf nəticəsində bu materialların çəkilmə və zərbə gücünü artırmaq; Yorğunluğu, kimyəvi müqaviməti və elektrik xüsusiyyətlərini yaxşılaşdırmaq mümkün olmuşdur və kompozit materiallar aviasiya, dəniz nəqliyyatı vasitələri, avtomobil sənayesi, maşınqayırma, inşaat, hərbi və kosmik texnologiyalarda geniş tətbiq olunmağa başlanmışdır. == Kompozit Zireh == Kompozit materiallar ümumiyyətlə bir və ya daha çox növ lif, müxtəlif sərt hissəciklərin qətranlar və ya metal/keramika matrisləri ilə müxtəlif yollarla işlənərək əldə edilir. Bu məqsəd üçün istifadə olunan liflər şüşə karbon, keramika, aramid və qarışıq liflər ola bilər. Bəzən lif əvəzinə liflərdən hazırlanmış keçə və ya parçadan istifadə olunur. Beləliklə, dözümlülük daha da artdıqca istehsalda praktiklik də təmin olunur. === Üstünlükləri === Kompozit materialların əsas üstünlükləri; fiziki xüsusiyyətlərinin tənzimlənə bilməsi, yüngüllükləri, ağırlıqlarına nisbətən yüksək müqavimət qabiliyyəti, uzun yorğunluq ömrü, kimyəvi müqavimət və mürəkkəb formaların istehsalıdır. Kompozit materialların istehsalında qatrandan başqa metal matrislərdən də istifadə olunur. Alüminium-qrafit, maqnezium-qrafit metal matrisləri nümunə olaraq verilə bilər.