Bosniya və Herseqovina konvertasiya olunan markası
Bosniya və Herseqovina markı (Bosniyaca, Xorvatca and Serbcə: konvertibilna marka, Kiril: конвертибилна марка) — Bosniya və Herseqovinanın valyutasıdır. Valyuta 100 feninqə bölünür. Valyutanın abreviaturası KM (latınca) və ya КМ-dir (kirilcə).
200 mark əsginas yalnız bir variantda hazırlanır və bütövlüklə Bosniya və Herseqovina üçün unikaldır. 50 feninqs əsginas 31 mart 2013-cü ildə, 1 mark əsginas 31 mart 2009-cu ildə, 5 mark əsginas isə 31 mart 2010-cu ildə dövriyyədən çıxarılıb.
== Tarixi və etimologiyası ==
Valyuta 1995-ci ildə Deyton sazişi ilə yaradılıb və 1998-ci ildə Bosniya və Herseqovina valyutası kimi Serbiya Respublikası dinarı Xorvat kunasını və Bosniya və Herseqovina dinarını əvəz edib. Valyutanın adı alman dilində olan Mark və Pfeninq sözlərindən gəlir.
== Sikkələr ==
1998-ci ilin dekabrında 10, 20 və 50 nominalında sikkələr təqdim olunub. Sonralar isə 1,2 və 5 maraka sikkələr təqdim olunub. Sikkələr Bosniyalı dizayner Kənan Zekic tərəfindən tərtib olunub və Llantrisantda Kral sikkəxanasında zərb olunub.