Koppel

I die; -, -n (Weide) çəpərlənmiş otlaq II das; -s, - çiyin (kəmər) qayışı
Kopilot
koppeln
OBASTAN VİKİ
Koppeliya
Koppeliya ( tam adı “Koppeliya, və ya Göygöz gözəl”, fr. Coppélia, yun. κοπελιά - qız, gənc qadın deməkdir.) — fransız bəstəkarı Leo Delibin komik balet əsəri. Baletin librettosu E. Hofmanın "Qum adam" novellası əsasında Şarl Nüiter tərəfindən yazılmışdır. Tamaşanın baletmeystrı A. Sen-Leon olmuşdur. Baletin ilk premyerası 25 may 1870 ci ildə Parisdə, Qarnye Sarayı səhnəsində böyük müvəffəqiyyətlə oynanılmışdır. Premyerada III Napoleon və onun arvadı imperatriça Yevgeni şəxsən iştirak etmişlər. Baletin ilk ifaçıları: Svanilda - Cozefina Bozaççi, Frans - E. Fiokr (travesti), Koppelius - Doti; rəssamlar Ş. Kambon, E. Depleten, Lavastr (dekorasiyalar), P. Lormye (kostyumlar). Koppeliya baleti ilk premyeradan məşhurlaşaraq, bu günə qədər daim bir çox dünya teatrlarında oynanilmaqdadır. Şəhər meydanı Hofmanın qələmə aldığı alman nağılında hadisə Qaliçiyada başverir.