KORRELYASİYA

geomorfologiyada, genetik cəhətdən bir-birilə əlaqədar olan relyef formalarının qarşılıqlı münasibəti. Belə ki, birinin parçalanması (dağılması) başqasının yaranmasına səbəb olur (mis: dağlıq ölkə ilə dağətəyi şelfin münasibəti, sonuncu dağlıq ərazinin denudasiyası (dağılması) hesabına yaranır. корреляция correlation
KORRAZİYA
KORRELYAT ÇÖKÜNTÜLƏR
OBASTAN VİKİ
Korrelyasiya
Statistikada korrelyasiya və ya asılılıq iki təsadüfi dəyişən və ya ikidəyişənli verilənlər arasında səbəb və ya səbəb əlaqəsi olmayan hər hansı statistik əlaqədir. Bu dəyişənlərdən birinin və ya bir neçəsinin dəyişməsi digərlərinin sistematik dəyişməsinə gətirib çıxarır. İki dəyişən arasındakı korrelyasiya riyazi olaraq əmsallarla ifadə olunur. Əmsallar qarşılıqlı əlaqənin xarakterindən asılı olaraq mənfi və ya müsbət olurlar. Mənfi korrelyasiya zamanı bir dəyişənin artması digərlərinin azalmasına və əksinə təsir edir. Korrelyasiya əmsalı ehtimal nəzəriyyəsində iki təsadüfi dəyişənin qarşılıqlı təsiri üçün göstərici kimi qəbul edilir. Korrelyasiya əmsalı R hərfi ilə işarə olunur və −1 və + 1 arasında qiymətlər alır. Əgər əmsalın qiyməti 1-ə yaxın olarsa, onda dəyişənlər arasında əlaqənin güclü olması ehtimal olunur. Əmsal 0-a yaxınlaşdıqca əksinə olaraq əlaqə zəifləyir. Əmsal 1-ə bərabər olduqda dəyişənlər arasında funksional asılılıq mövcud olur, yəni iki parametrin dəyişməsini xətti funksiya ilə təsvir etmək olar.

Значение слова в других словарях