kosmopolitik
kosmos
OBASTAN VİKİ
Kosmopolitizm
Kosmopolitizm (q.yun. κοσμοπολίτης (kosmopolites) — kosmopolit, dünyəvi insan) — bütün insanların yeganə cəmiyyətdən ibarət olduğunu və əxlaq üstündə əsaslanan ideologiyadır. Hər hansı formada kosmopolitizm ideyasına sadiq olan bir insana kosmopolitan və ya kosmopolit deyilir. Kosmopolitanizm bütün insanların əslində vahid dünyəvi icmaya malik olmalarını və eyni mənəviyyatı paylaşmalı olduqlarını müdafiə edən ideologiyadır. Kosmopolitanizm ideologiyasının tərəfdarları kosmopolitan və ya kosmopolit adlanırlar. Kosmopolit cəmiyyət özündə universal dəyərləri, hərtərəfli mənəviyyatı ehtiva edir. Bu cəmiyyətin üzvləri irqi, etnik, milli mənsubiyyətlərindən asılı olmayaraq bir-biriləri ilə ortaq siyasi, iqtisadi, ictimai-mədəni əlaqələ qura qarşılıqlı hörmət, anlayış şəraitində yaşaya bilərlər. Müasir kosmopolitanizm heç də mütləq onun fəlsəfi köklərinə uyğun deyil sadəcə fərqli irqlərin, dinlərin, mədəniyyətlərin nümayəndələrinin birlikdə, heç bir ayrı-seçkilik etmədən vahid icma kimi yaşamasını nəzərdə tutur. == Fəlsəfi kökü == Kosmopolitanizmin tarixi yunan filosofu Sinoplu Diogenə bağlıdır. Diogenə sual verəndə ki, "sən haralısan"- belə cavab vermişdi: "Mən bu dünyanın vətəndaşıyam" Stoik kosmopolitanizmdə deyilir ki: "insan özünü bir neçə ictimai çevrədə görə bilər.

Значение слова в других словарях