kosten

vt 1. (Geld) başa gəlmək, dəyəri olmaq, qiyməti olmaq; wieviel kostet das? bu neçədir?; 2. (erfordern) tə-ləb etmək, istəmək; 3. (probieren) -in dadına baxmaq, -i dadmaq, dişinə vurmaq; das wird ihn das Leben ~ o buna həyat bahasına başa gələcək; es koste, was es wolle nəyin bahasına olur olsun; neçəyə olur olsun
Kostbarkeit
Kosten
OBASTAN VİKİ
Aleksandra Kostenyuk
Aleksandra Kostenyuk (rus. Алекса́ндра Константи́новна Костеню́к; 23 aprel 1984[…], Perm[…]) — Rusiyalı qrosmeyster və şahmat üzrə dünya çempionu. Kostenyuka 5 yaşı olanda atası şahmat oynamağı öyrədib. Kiçik bacısı Oksanada şahmatçıdır. 2001-ci ildə keçirilən dünya çempionatında o finala kimi çatdı, ancaq Zu Çen ilə qarşılaşmada məğlubiyyətə uğradı. Üç ildən sonra Almaniyanın Drezden şəhərində keçirilən turnirdə qalib gələrək, Avropa çempionu oldu. O, həmçinin 2005-ci ildə Rusiyanın Samara şəhərində keçirilən turnirdə də qalib gəlib. 2008-ci ildə Kostenyuk çinli şahmatçı Hou Yifana qalib gələrək dünya çempionu olub.
Lina Kostenko
Lina Vasiliyevna Kostenko (19 mart 1930) — XX əsrin altmışıncı illərinin sovet və ukraynalı yazıçısı, şairə, ictimai xadim. O, 1967-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib. O, 1930-cu il martın 19-da Ukrayna SSR-nin Rjişev şəhərində müəllim ailəsində anadan olub. 1936-cı ildə ailə Kiyevə köçür və Lina burada 123 saylı orta məktəbdə təhsil alır. 1956-cı ildə bitirdiyi Kiyev Pedaqoji İnstitutunda, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Lina Kostenko 1950–1960-cı illərin əvvəlində gənc ukraynalı şairlərin qalaktikasında ilk və ən diqqət çəkənlərdən biri olub. Kostenkonun həmin illərdə "Dnepr" jurnalında dərc olunmuş əsərlərində "insanların standartlaşdırılmasına, sadələşdirilməsinə və primitivləşməsinə qarşı üsyanı" açıq-aydın səslənirdi.. Onun "Yerin şüaları" (1957) və "Yelkənlər" (1958) şeirlər topluları oxucuların və tənqidçilərin marağına səbəb olmuş, 1961-ci ildə işıq üzü görən "Könül səyahətləri" kitabı uğur qazanmaqla yanaşı, həm də şairənin əsl yaradıcılıq bacarığını ortaya qoymuş və onun adının Ukrayna poeziyasının görkəmli ustadları sırasına daxil olmasına səbəb olmuşdur. Ədəbiyyatşünaslar görə Kostenkonun ilk toplularında artıq milli əsaslara qayıdış, onların yenidən düşünülməsi və yenilənməsi, humanist dəyərlərin yüksəlişi müşahidə olunurdu. Durğunluq dövründə yaradıcı düşüncə azadlığına qoyulan məhdudiyyətlər və müxtəlif "rüsvayçılıqlar" Kostenkonun şeirlərinin uzun müddət praktiki olaraq çap olunmamasına səbəb oldu.

Значение слова в других словарях