Kotilozavrlar
Kotilozavrlar — nəsli kəsilmiş ən qədim və primitiv sürünənlər yarımsinfi. Daş kömür dövrünün ortalarından Trias dövrünədək yaşamışlar. Kotilozavrların əksəriyyəti amfibiyalardan irsən keçən çoxlu primitiv əlamətləri saxlamışlar: əmgək dəliyi yaxşı inkişaf etmiş kəlləsində gicgah çuxurları yox idi; damaq dişləri, ikiqat əyilmiş fəqərələri, çox qısa boyun hissəsi, qısa və iri ətraf sümükləri və s. olmuşdur. Kotilozavrların qalıqları Şimali Amerika, Çənubi Afrikada və Avropada tapılmışdır.