Kovboy
Kovboy (en. cow-inək, boy-oğlan) - Amerikada at belində inək otaranlara və buna yaxın peşəli insanlara verilən ad.
== İlk kovboylar ==
Şimali Amerikaya ilk dəfə avropalılar 17-ci əsrdə gəliblər. Yüz ildən artıq onlar Atlantik okeanının sahilində yaşayıblar. 19-cu əsrin əvvəllərində Birləşmiş Ştatlar (BŞ) qərbə tərəf istiqamət alarkən sərhəd Missisipi çayı boyunca idi. 1845-ci ildə Texas da BŞ-ın tərkibinə daxil oldu. 1853-cü ilədək isə bu ölkə Alyaskanı çıxmaq şərtilə müasir ərazilərə yiyələndi.
Bu hadisə 2 mühüm problem yaratdı. Birincisi, minlərlə avropalı, daha doğrusu amerikalı Qərbə miqrasiya etdi ki bu geniş düzənliklərdə və onlardan da kənarlarda yeni həyat başladı. İkincisi isə Vətəndaş müharibəsi oldu (1861-1865).