Kran (qurğu)
Kran (alm. kranich, yəni durna) — əl və ya güc maşınları ilə hərəkətə gətirilə bilən, yükləri şaquli və ya üfüqi istiqamətdə nəql etmək üçün qurğu.
Adi halda kranlar gəmilərin, qatarların, yük avtomobillərinin doldurulması və boşaldılması, istehsal müəssisələrində yüklərin nəql edilməsi üçün tətbiq edilir.
Kranların iş tsikli aşağıdakı mərhələlərdən ibarətdir:
Yükün tutulması,
Yükün nəqli,
Boş gediş (başlanğıc vəziyyətə qaytarış).
== Konstruksiyaları ==
Yük kranlarının kostruksiyaları aşağıdakı hissələrdən ibarətdir:
Aparıcı element.
Çevik qaldırıcı orqandan ibarət yükqaldıran qurğu. Burada işin təhlükəsizlyini təmin etmək üçün yükqaldıran mexanizmə müxtəlif sərhədləyicilər quraşdırılır (yükə, momentə, gediş yoluna).
Avtomatik və ya qeyri avtomatik tutqac başlığı.
Bunlardan əlavə kran yük arabalarının hərəkətini, kran başlığının dönməsi və s. kimi hissələrin hərəkətinə imkan verən mexanizmlə təmin olunur.