Lorens Kraus
Lorens Maksvel Kraus (27 may 1970, Nyu-York) — amerikalı fizik, nəzəri və kosmoloji fizika sahəsi üzrə mütəxəssis. Arizona Ştat Universiteti, Yel Universiteti və həmçinin Keys Vestern Rezerv Universitetlərində dərs deyib. O, kainatla bağlı fundamental sualları araşdırmaq üçün indi ASU-nun Planetlərarası Təşəbbüs adlanan Origins Project layihəsini qurdu və layihənin direktoru kimi fəaliyyət göstərdi. O 300 çox nəşrlərin müəllifi və bir neçə məşhur kitabın müəllifidir.
Kraus 27 may 1970-ci ildə, Nyu-York şəhərində anadan olub, uşaqlığı isə Torontoda keçib. O yəhudi ailəsində böyüyüb, amma ailəsi dindar olmayıb. Lorens Kraus bakalavr dərəcəsini Ottavada, 1977-ci ildə Karlton Universitetində alıb və fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini 1982-ci ildə Massaçusets Texnologiya İnstitutunda alıb[9]
Bir müddət Harvard Universitetində işlədikdən sonra, 1985-ci ildə Yel Universitetində dosent olaraq, daha sonra 1993-cü ildə Keys Vestern Rezerv Universitetində professor kimi çalışıb.
2008-ci ilin avqust ayında Arizona Ştat Universitetinin fakultəsində, yer kürəsinin və kosmik fəzanın araşdırmaları məktəbində azad sənət və elmlər kollecinin fizika fakultəsində professor kimi fəaliyyətə başlayır.
Kraus sim nəzəriyəsinin tənqidçilərindəndir və 2005-ci ildə yazdığı "Hiding in the Mirror" kitabında bu haqda müzakirə edir .
2012-ci ildə iyulda "Newsweek" elmi jurnalında dərc olunan məqaləsində, Kraus Hiqqs bozonu bizim Böyük partlayış barəsində anlayışımızla necə bağlı olsuğunu göstərir.