Abraam Kretatsi
Abraam Kretatsi və ya Kritli Abraam (erm. Աբրահամ Կրետացի; XVII əsr, İraklion – 18 aprel 1737, Üçkilsə) — erməni katolikosu (1734–1737), tarixçisi. Əslən yunandır. XVIII əsrdə Ermənistan haqqında mənbə olan "Tarixşünaslıq" əsərinin müəllifidir.
== Əsərləri ==
Abraam Kretatsi Səfəvi-Osmanlı müharibələri, 1734–1736-cı illərdə Ermənistan və İranın siyasi və iqtisadi həyatı, həmçinin Nadir şah ilə şəxsi görüşləri haqqında materialları özündə əks etdirən "Tarixşünaslıq" (Kəlkətə, 1-ci nəşr, 1796) əsəri ilə tanınır.