krım-tatarlar
kriminal
OBASTAN VİKİ
Kriket
Kriket (ing. cricket) — 11 nəfərdən ibarət 2 komanda arasında, çubuq və top köməyi ilə, mərkəzində 20 metr (22 yard) uzunluğunda düzbucaqlı bir sahə olan oval bir məkanda oynanan bir komanda oyunudur. Düzbucaqlı sahənin bir ucunda yer alan atıcı vəziyyətindəki komandanın oyunçusu topu, vurucu mövqeyindəki komanda oyunçusunun olduğu digər uca doğru ataraq, vurucunun arxasında olan qala bənzəri qurğuya (wicket) dəydirməyə, vurucu isə gələn bu topun qurğuya dəyməsinə maneə törətmək üçün əlindəki çubuq köməyi ilə topa vurmağa çalışar. Müvəffəqiyyətli bir vuruşun ardından atıcı komanda oyunçuları topu tutmağa çalışarkən, sahədə yer alan vurucu da qarşısındakı qurğuya doğru qaçar. Top, oyun sahəsi xaricinə çıxmadan tutulsa 'ran' adı verilən ədədlərdən 1, oyun sahəsi xaricinə çıxarsa 4, yerə heç dəymədən oyun sahəsi xaricinə çıxarsa 6 xal qazanar və vurucu mövqeyində ikən ən çox ədədə çatmağa çalışar. Atıcı komanda isə topu qurğulardan hər hansı birinə dəydirərək, qarşılanan topu yerə dəymədən tutaraq və ya bəzi müstəsna hallarda vurucuları oyun xaricində qoymağa çalışar. Oyun xaricində qalan oyunçunun yerinə başqa bir oyunçu girərkən, atıcı komanda isə 'over' adı verilən hər altı atışdan bir atıcısını dəyişdirmək məcburiyyətindədir. Beynəlxalq kriket müsabiqələrində istifadə edilən üç əsas format vardır. Twenty20 formatına görə hər iki komanda da 20 over həyata keçirir və ilk 20 over reallaşdırılmasından sonra komandaların rolları dəyişir. 10 vurucunun oyun xaricində qalması vəziyyətində isə 20 over həyata keçirilməsə belə komandaların rolları dəyişir.
Corc Miller (kriketçi)
Corc Miller (19 avqust 1929 – 1 yanvar 2017) — Şotlandiyalı kriketçi. 1955-ci ildə o, birinci sinif kriket idmançısı olmuşdur. Şotlandiya Milli Kriket komandasında bir neçə oyunda iştirak etmişdir. 1966-cı ildən 1976-cı ilə qədər Şotlandiya Kriketçilər Birliyinin katibi vəzifəsini icra etmişdir.