Kuriya-Muriya adası
Kuriya-Muriya adası (ərəb. جزر خوريا موريا tərcümə. "Cuzur Xuruiya Muruiya") — Omana aid olan Ərəbistan dənizində yerləşən adalar qrupu. Ölkənin cənub-şərq sahilindən 40 kilometr məsafədə yerləşmişdir.
Qrupa beş ada daxildir. Adalar ümumilikdə 73-lə km² ərazini əhatə edir. Qərbdən şərqə doğru: Əl-Xasikiya, Əs-Səud, Əl-Xallaniya, Qarzant və Əl-Kibliya adaları bir-birlərini əvəz edir. Adalar qranitdən ibarətdir və batırılmış dağ silsiləsinin zirvələrini təşkil edir. Adaların maksimum dəniz səviyyəsindən hündürlüyü 501 metrə bərabərdir.
Belə hesab edilir ki, əsasən bu adalar Insulae Zenobii adı altında bizim eramızın I əsrinin yazı mənbələrində xatırlanır.