kuzalı

kuzalı
kuza
kuzasız
OBASTAN VİKİ
Nikolay Kuzalı
Nikolay Kuzalı (lat. Nicolaus Cusanus) (1401—1464) — filosof, riyaziyyatçı, dinşünas, kardinal; riyazi traktların müəllifi; Renessans fəlsəfəsinin məşhur nümayəndələrindən biri.. Renessans fəlsəfəsinin məşhur nümayəndələrindən biri Nikolay Kuzanus (1401—1464) olmuşdur. Öz dövrünün əksəf filosofları kimi, Kuzanus də neoplatonizm ənənələrinə arxalanırdı. Lakin neoplatonizmin təliminə, ilk növbədə onun vahid olan anlayışınıa Kuzanus yenidən baxır. Platonda və neoplatonçularda vahid olan vahid olmayana qarşı qoyulur. Bunun kökləri vahid olanı çox olana, sonu olanın sonu olmayana qarşı qoyan pifaqorçulardan və eleatlardan gəlir. Xristian monizminin prinsiplərini bölüşdürən Kuzanus antik dualizmi qəbul etmir və bəyan edir ki, vahid olanın əksi yoxdur. Buaradan da o, bu qənaətə gəlir ki, "vahid olan hər şeydir". Ontologiya problemlərinə yeni yanaşma elə məhz burada meydana gəlir.