Kvazizərrəcik
Kvazizərrəcik anlayışının meydana gəlməsi dualizm prinsipinə əsaslanır. Dualizm prinsipinə görə, hər bir mikroskopik varlıq həm zərrəcik, həm də dalğa xüsusiyyətinə malikdir.
Zərrəciyin xarakteristikaları: enerji və impuls
Dalğanın xarakteristikaları: tezlik və dalğa vektoru
Bu kəmiyyətlər Eynşteyn və de-Broyl ifadələri ilə əlaqələnirlər:
E
=
ℏ
ω
{\displaystyle E=\hbar \omega }
p
→
=
ℏ
k
→
{\displaystyle {\overrightarrow {p}}=\hbar {\overrightarrow {k}}}
Beləliklə, dalğa hərəkəti kristalda kvazizərrəciklə təsvir edilə bilər. Bu kvazizərrəciklərdən ibarət qaza statistik fizika qanunlarını tətbiq olunur. Bu yolla bərk cisimlərin kvant nəzəriyyəsi çox vaxt ideal qaz nəzəriyyəsinə dərəcəsinə qədər sadələşir. Aşağıda bəzi kvazizərrəciklər haqqında qısa məlumat verilib.
== Fonon ==
Kristal qəfəsdə yayılan elastik dalğalara uyğun kvazizərrəcikdir. Kristal qəfəsin elementar həyəcanlanması kimi də başa düşülə bilər. Boze-Eynşteyn statistikasına tabedir və bozondur.
Akustik və optik fononlar olur.