KƏPƏNƏKÇİÇƏK

сущ. бот. аконит (травянистое растение сем. лютиковых, с желтыми, синими, фиолетовыми цветками), борец
KƏPƏNƏK
KƏPƏNƏKÇİÇƏKLİ
OBASTAN VİKİ
Kəpənəkçiçək
Kəpənəkçiçək (lat. Aconitum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Yunan mifologiyasına görə bu bitki, Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən göyərmişdir. Bu hadisə Akoni (yun. Aconae - ox, oxlu) şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır. == Təbii yayılması == == Botaniki təsviri == Akonit 50-199 sm hündürlükdə, çoxillik bitkidir. Çiçəkləri sarı, moruğu, ya da tünd mavi rəngdə olur. Ehtiva etdiyi alkoloidlər səbəbi ilə zəhərlidir.
Burunlu kəpənəkçiçək
Burunlu kəpənəkçiçək (lat. Aconitum nasutum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+3c. Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumrusu dəyirmidir. Gövdəsi 1 m-ə qədər hündürlükdədir. Yarpaqları çılpaq, kənarları xırda kirpikli, barmaqvari-5 yerə bölünmüşdür. Çiçək qrupu boş, bəsit və ya budaqlanan salxımlarda toplanmışdır. Qalpağı hündür, 1-2,5 sm hündürlükdə, aşağıya doğru əyilmiş buruncuqlu; çiçəkyanlığının yan hissələri dairəvidir.
Qurdboğan kəpənəkçiçək
Qurdboğan kəpənəkçiçək (lat. Aconitum lycoctonum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.

Значение слова в других словарях