İşıqlanma dərəcəsi
İşıqlanma dərəcəsi (ing. illuminance, rus. освещенность, türk. aydınlatma şiddeti) – bir şeyin üzərinə düşən işığın miqdarı və ya səthin bir hissəsinin işıqlandırılması. Beynəlxalq vahidlər sistemində işıqlanmanın ölçü vahidi 1 lüks hesab olunur. Bu anlayışdan televiziya texnikasında, kompüterlərin displeylərinin və başqa oxşar optik qurğuların təsvirində istifadə edilir.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.