LAMİNƏ
is. \[lat. lamina "metal və ya taxtadan nazik lay\] təm. meb. □ Laminə edilmiş DSP/MDF — Melamin hopdurulmuş xüsusi dekorativ kağız örtüklü lövhə (buna görə də bəzən ona melamin lövhəsi deyirlər). Laminatlı lövhənin yüksək istehlak xüsusiyyətləri vardır — istiyə dayanıqlıdır, nəmişliyə davamlıdır, sürtülməyə və digər zədələrə qarşı dözümlüdür. □ Laminə etmək — Lövhələrin və ya hissələrinin xüsusi kağız plyonka ilə üzlənməsi prosesi. Laminə ancaq isti preslərdə üzlük materialın lövhəyə yapışdırılması şəklində həyata keçirilir. Presləmə temperaturu 190 — 210 C, presləmə müddəti 30—40 saniyədir. Laminə edilmiş lövhə mexaniki, kimyəvi təsirə qarşı yüksək dayanıqlıdır.