Lamm

das; -(e)s, -¨er quzu, əmlik
Lametta
Lammfleisch
OBASTAN VİKİ
Ulenşpigel və Lamme Qudzak əfsanəsi
Ulenşpigel və Lamme Qudzak əfsanəsi (fr. La Légende et les Aventures héroïques, joyeuses et glorieuses d'Ulenspiegel et de Lamme Goedzak au pays de Flandres et ailleurs) — müasir Avropa xalqlarının bir çoxunun folklorunda təsadüf edilən şifahi xalq yaradıclığı materialı və motivləri əsasında yazılmış bir əsərdir. Bu əsər XIX əsr Belçika ədəbiyyatının ən milli və realist nümunələrindən sayılır. Lakin bu əsərin folklor materialı müştərəkdir; həm fransızlarda, həm almanlarda, həm də fələmənglərdə Ulenşpigel haqqında əfsanə və nağıllar hələ orta əsrlərdən başlayaraq yayılmış və müxtəlif variantlarda XIX əsrə qədər yaşamışdır, bu gün də yaşayır. Ulenşpigel əfsanəsi Belçika folklorunda baş qəhrəman olan Til Ulenşpigel haqqındadır. Bu qəhrəmanın adı müxtəlif yazıçıların əsərlərində xatırlanır. Onlardan biri də Şarl de Kosterdir. O, 1864-cü ildə yazmağa başladığı bu əsəri 1867-ci ildə başa çatdırır. Məşhur fransız yazıçısı Romen Rollan bu əsərə çox yüksək qiymət vermişdir. O, yazırdı: "Ulenşpigel əfsanəsi"nin tarixi əhəmiyyəti çox böyükdür.