LANDŞAFTŞÜNASLIQ

fiziki coğrafiyanın sahəsi. L. hazırki təbii və mədəni landşaftların mənşəyini, strukturunu, onlardakı qarşılıqlı əlaqələri, fiziki-coğrafi prosesləri, dinamikasını, onların əmələ gəlmə qanunlarını, yerləşməsini, insan fəaliyyətinin təsirilə dəyişməsini və təsərrüfat cəhətdən istifadə edilməsi imkanlarını tədqiq edir.
LANDŞAFTIN YAXŞILAŞDIRILMASI
LANDŞATIN GÜCDƏN DÜŞMƏSİ
OBASTAN VİKİ
Landşaftşünaslıq
== Geomorfoloji termin == Landşaftşünaslıq – (rus. ландшафтоведение, ing. landscape science) fiziki coğrafiyanın, bir-birilə qarşılıqlı əlaqədə olan təbii komponentlərini, daha doğrusu təbii ərazi komplekslərini öyrənən bölməsi. Landşaftşünaslığın mövzusu, onun məqsədi coğrafi kompleksləri-onların quruluşunu, inkişafını və yerləşməsini öyrənməkdir. Başqa sözlə landşaftşünaslıq fiziki-coğrafiyanın coğrafi təbəqə daxilində baş verən ərazi diferensiasiyalarını öyrənməklə məşğul olan bölməsidir. == Landşaftşünaslıq şöbəsinin yaranması == Azərbaycanda landşaft tədqiqatları fiziki coğrafiyanın tərkibində əvvəllər də aparılsada bu sahədə sistemli elmi işlər XX əsrin altmışıncı illərində Azərbaycan EA Coğrafiya İnstitutunda (1965-ci il) B. Ə. Budaqovun rəhbərliyi ilə "landşaftşünaslıq" şöbəsi yaradıldıqdan sonra başlanmışdır. == Tədqiqatlar == İlk dəfə olaraq landşaftın formalaşmasında neotektonik hərəkətlərin və relyefin roluna dair bir sıra problem məsələlər kompleks şəkildə həll edilmişdir. Tərtib olunmuş paleolandşaft və paleocoğrafi xəritələr əsasında Cənub-Şərqi Qafqazın landşaftlarının inkişafının ümumi tendensiyası, onların struktur xüsusiyyətləri aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, konkret yüksəklik – landşaft qurşaqları daxilində landşaftların strukturları, relyefin geomorfoloji xüsusiyyətləri ilə pozulur və mürəkkəbləşir, təbii komplekslərin enlik-zonallıq paylanması, onların strukturlarının mürəkkəbləşməsi relyefin geomorfoloji xüsusiyyətlərindən və ərazinin hidroloji şəraitindən asılıdır (Budaqov, Mikayılov, 1985, Haqverdiyev, 1975). Palçıq vulkanlarının landşaftın formalaşmasında rolunu aşkar etmək və onların landşaftının morfoloji differensiasiyasını müəyyənləşdirmək məqsədilə palçıq vulkanlarının intensiv yayıldığı rayonların landşaftı öyrənilmişdir.

Значение слова в других словарях