lanqobard
lanqust
OBASTAN VİKİ
Lanqobardlar
Lanqobardlar və ya Lombardlar (lat. langobardī (uzunsaqallılar) — qədim alman tayfalarından biri. Əfsanəyə görə lanqobard qadınları özlərini döyüşdə öz ərlərini qorumaq və döyüşçülərin saylarının daha da çox görünmələri və bununla da düşməni qorxutmaq üşün saçlarını çənələrinin altından bağlayaraq özlərini döyüşçü kişilərə oxşadırdılar. Lanqobardlar ilk əvvəl Elbanın aşağı sol sahillərində Bardenqauda yaşayırdılar. V əsrdə cənuba, Norikə girərək burada xristianlığın Ariçilik qolunu qəbul edirlər və beləliklə İmperiya (Şərqi Roma - Bizans) tərəfindən "müttəfiq tərəfdaşlar" kimi rəsmi tanınmağa başladılar. Lanqobardların erkən tarixi üzrə əsas mənbələrdən birinə "lanqobard xalqının mənşəyi" adlı əsər anonim olaraq yazılmışdır ki, o dövrdə yaşamış tarixçi Pavel Dyakon "lanqobardların Tarixi" adlı əsərində bu mənbədən yararlanmışdır. Əfsanəyə görə Skadan – (şimal) adlı ada vardır ki, burada çoxlu xalqlar yaşayırdı. Bunların arasında vinil adlanan kiçik bir xalq da vardır ki, onun başında Qambara və onun iki oğlu İbor və Ayo dururdu. Qonşu xalqlar arasında yaşayan vandallar başda Ambri və Assi olmaqla vinillərə qarşı çıxaraq onlardan “ya bizə vergi verməlisiniz ya da, bizimlə vuruşmalısınız” tələbini irəli sürdülər. Buna cavab olaraq İbor və Ayo və onların anası Qambara bildirdilər ki, “vandallara vergi verməkdənsə onlarala vuruşmaq daha yaxşıdır”.