lavra

lavra
lavaşsız
lavrasiya
OBASTAN VİKİ
Amerika lavrakları
Amerika lavrakları (lat. Morone) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan cins. Cinsə daxil olan balıqlar Şimali Amerika ərazisində yayılmışdır. Zolaqlı lavraklar 1965-ci ildən Krasnodar diyarının sularında qeydə alınmışdır. Onlara Kuban çayında rastlamaq mümkündür.
David Qareci lavrası
David Qareci lavrası (gürc. დავითის ლავრა) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsi. Lavra VI əsrin I yarısında Müqəddəs David Qarecinin rəhbərliyi ilə inşa edilmişdir. == Memarlıq xüsusiyyətləri == Kompleksə VI-XVIII əsrləri əhatə edən müxtəlif tikililər - kilsə, rahiblərin və ziyarətçilərin istifadəsi üçün nəzərdə tutulmuş müxtəlif binalar daxildir. Kompleks dairəvi qüllələri olan müdafiə divarları ilə əhatə olunmuşdur. Kompleksin mərkəzində girişi üzərində zəng qülləsi ucalan qədim kilsə yerləşir. Kilsənin ətrafında yaşayış üçün hər şəraiti olan kenakonlar, onların arxasında kiçik kapellalar, bir qədər aralıda isə atların saxlanması üçün yerlər və anbarlar yerləşir. Kompleks mağaralarla zəngin dağlıq ərazidə yerləşir. Dağlıq ərazidə yağış sularının toplanması, süzülməsi və istifadəsinə imkan verən sistem yaradılmışdır. Kompleksə daxil olan mağaralardan birinə davamlı olaraq su damır və toplanır.
Euphorbia lavrani
Euphorbia lavrani (lat. Euphorbia lavrani) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Kiyev-Peçersk lavrası
Kiyev-Peçersk lavrası — Ukraynanın Kiyev şəhərində dini obyekt, Ukraynanın yeddi möcüzəsindən biri. Kiyev-Peçersk lavrası pravoslavların çox əhəmiyyət verdiyi dini obyektlərdəndir. O, Həzrət Məryəmin xeyir-dua verdiyi dörd yerdən biri hesab olunur. Bura həm də Rus dövlətinin ilk monastırlarından biridir. O, Ukraynanın Kiyev şəhərinin cənub hissəsində, Dnepr çayının sağ sahilində olan iki təpənin üzərində yerləşir. Monastırın əsası 1051-ci ildə knyaz Yaroslav Mudrının hakimiyyəti zamanı, Antoni adlı rahib tərəfindən qoyulmuşdur. O, Afon dağından qayıdaraq, öz vətənində buna bənzər bir monastır yaratmaq fikri ilə mağarada məskən salmış, orada bir sıra tələbələr yetişdirrmişdir. Onlardan biri olan Feodosi, müəlliminin yolunu davam etdirərək, mağaralarda olan hücrələrin sayını artırmışdır. İlk mağaralar Uzaq, və ya Feodosi mağaraları, sonrakılar isə, Yaxın və ya Antoni mağaraları adlanır. Mağaralar rahiblərə azlıq etdiyinə görə onlar burada bir monastır inşa etmişlər.
Kiyev-Peçora lavrası

Lavrak
Lavrak (lat. Dicentrarchus labrax) — xanıkimilər dəstəsindən balıq növü.
Lavrasiya
Lavrasiya (rus. Лавразия, ing. Lavrasia) — Lavrentyev qalxanı (hazırda –Kanada qalxanı) və Asiya adından] Son Paleozoy- Erkən Mezozoyda Şimali Amerika, Avropa və Asiyanın (Hindistan və Şimal-şərqi Rusiyanın çox hissəsi istisna olmaqla) kontinental bloklarını birləşdirən və Yerin şimal yarım kürəsində mövcud olmuş hipotetik materik olub, cənub yarım kürəsindəki, Hondvana materikindən geniş dəniz hövzələri-Tetis okeanı ilə ayrılmışdır. Sonralar /Mezozoyun ortaları/ L. iki hissəyə parçalanır-Şimali Amerika və Avrasiya, onların arasında isə Atlantik okeanı əmələ gəlir. Avrasiya ilə Şimali Amerika materikləri əvvəllər Lavrasiyanın tərkib hissəsi olmuş və eramızdan 200–135 milyon illər arası bir-birindən ayrılmışdır.
Lavrazioterilər
Lavrazioterilər (lat. Laurasiatheria) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəüstü.
Pedra-Lavrada
Pedra-Lavrada (port. Pedra Lavrada) — Braziliyanın Şimal-şərq regiounun Parayba ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 6573 nəfərdir. Ərazisi 351,688 кm²-dir. Əhalinin sıxlığı 18,7 nəfər/кm²-dir.
Zolaqlı lavrak
Zolaqlı lavrak və ya Zolaqlı xanı (lat. Morone saxatilis) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan növ. Atlantik okeanının Şimali Amerika sahillərində, Müqəddəs Lavrentiya çayı mənsəbindən Luizinannaya qədər olan ərazidə yayılmışdır. Xəzər dənizində yaşayan balıqların siyahısında adı çəkilir. Zolaqlı lavrak gümüşü rəngli uzadılmış bədən quruluşuna sahibdir. Maksimal uzunluğu 200 sm-dir. İndiyənə kimi qeydə alınan ən böuük nümunə 57 kq-dır. Yetkin fərdlərin böyük əksəriyyəti 120 sm olur. Belə ehtimal edilir ki, bu balıqların ömür müddəri 30 ildir. Miqrasitya edən balıq növüdür.

Значение слова в других словарях