Mnemiopsis leidyi
Mnemiopsis leidyi (lat. Mnemiopsis leidyi) — mnemiopsis cinsinə aid heyvan növü.
Xəzər dənizində yabanı növ olan Mnemiopsis leidyi haqqında məlumat
Mnemiopsis leidyi (А. Agassiz, 1965) okean sularında yaşayan mezoplanktona aid jeleşəkilli daraqlı orqanizmdir. Mnemiopsis Atlantik okeanın Meksika körfəzindən əvvəlcə yük daşıyan gəmilərin ballast suları ilə Qara dənizə düşmüş, Azov, Aralıq dənizlərində məskunlaşmış, bir neçə ildən sonra isə Xəzər dənizində müəyyən edilmişdir. Mnemiopsis leidyi-nin daxili cənub dənizlərinə (Qara, Azov, sonra isə Xəzər dənizinə) düşməsini alimlər bu dənizlərin ekosistemlərinə gəlməsinin real müddətlərindən çox sonra müəyyən etmişlər.
Beləliklə, Qara dənizdə jeleşəkilli daraqlısının görünməsi haqqında ilk qeyd 1982-ci ildə edilmişdir (Pereladov, 1988), növ kimi birinci qeydiyyat isə 1986-cı ildə meydana gəlmişdir (Zaytsev və s., 1988). Xəzər dənizində balıqçıların tora düşmüş jeleşəkilli daraqlısı haqqında ilk məlumatı 1996-cı ildə daxil olmuşdur və yalnız 1999-cu ildə bu növ Xəzər ETBTİ mütəxəssisləri tərəfindən Türkmənistan sahillərində ekspedisiya keçirərkən (Zaytsev, 2001) qeydə alınmışdır. Bunun nəticəsində yırtıcı jeleşəkilli daraqlısı Mnemiopsis leidyi 35 ildən artıqdır ki, Qara və Azov dənizlərinin ekosisteminə, 20 ildən artıq müddətdir ki, Xəzər dənizinə təsir göstərir.
Mnemiopsis leidyi canlısının Xəzər dənizində yayılması
Son 15–20 ildə zooplanktonun sayı və biokütləsi Orta Xəzərdə 5–6 dəfə, Cənubi Xəzərdə isə təxminən 10 dəfə azalmışdır. Cənubi Xəzərdə Mnemiopsis leidyi-nin ən yüksək biokütlələri müəyyən edilmişdir.