lento

adv. mus. yavaş(ca)
Lenkung
Lenz
OBASTAN VİKİ
Lento Qoffi
Lento Qoffi (it. Lento Goffi; 15 noyabr, 1923, Kiari – 14 yanvar, 2008, Breşia) — İtaliya şairi və yazıçısı. Lento Qoffi 15 noyabr 1923-cü ildə antifaşist ailəsində anadan olub, Milan Universitetində müasir ədəbiyyat fakültəsini bitirib, daha sonra Breşiyadakı bəzi məktəblərdə müəllimlik edib. Qoffi Eliza Markina ilə ailəli olub, onların Corcio adlı bir oğlu olub. Qoffi 2008-ci ildə Breşiadakı yaşlılar üçün müalicə müəssisəsində vəfat edib.
Yeva Lentovskaya
Yeva Anna Lentovskaya (pol. Ewa Anna Łętowska) — Polşalı hüquqşünas və hüquqmüdafiyəçisi, mülki hüquq üzrə mütəxəssis, hüquq professoru (1985). 1985-ci ildən PEA Hüquq İnstitutunun professorudur. Polşa Biliklər Akademiyasının müxbir üzvü (1996-cı ildən), Polşa Elmlər Akademiyasının həqiqi üzvü (2010-cu ildən, 1997-ci ildən müxbir üzvü). İlk Polşa ombudsmanı (1987–1992), Ali İnzibati Məhkəmənin (1999–2002) və Polşa Konstitusiya Tribunalının hakimi (2002–2011), Polşa Elmlər Akademiyası "Dövlət və hüquq" jurnalının redaksiya heyətinin üzvü. Varşava Universitetinin hüquq və idarəetmə fakültəsini bitirmişdir (1962). 1963–1965-ci illərdə məhkəmə təcrübəsini keçir. 1969-cu ildə hüquq elmləri doktoru, 1975-ci ildə mülki hüquq üzrə elmlər doktoru dərəcəsi almışdır. 1985-ci ildə hüquq elmləri üzrə professor elmi adını almışdır. 1977–1987-ci illərdə Polşa Elmlər Akademiyasının Hüquq İnstitutunun mülki hüquq kafedrasına rəhbərlik etmişdir.