Leopard 1
Leopard 1 (alm. Leopard) — Almaniya istehsalı olan 2-ci nəsil əsas döyüş tankıdır. İlk olaraq 1965-ci ildə Alman Federal Ordusunun (Bundeswehr) xidmətinə olmuşdur. Alman Kraus Maffei Weggman firması tərəfindən ardıcıl istehsalına 1965-ci ildə başlanılmış və 1984-cü ilə qədər istehsalı davam etdirilmişdir, Almaniyanın xaricində İtalyada da istehsal edilmişdir. Ümumi 4000 ə üzərində Leopard 1 Almaniyada çıxarılmışdır.
Bu tank Bundeswehr xaricində Avstraliya, Belçika, Braziliya, Kanada, Çili, Danimarka, Yunanıstan, İtaliya, Livan, Hollandiya, Norveç və Türkiyə ordularında da istifadə edilməkdədir. Ümumilikdə 6485 Leopard 1 tankı satılmışdır.
İstehsalçı ölkə: Almaniya
Tip: Əsas döyüş tankı
İstehsalçı firma: Kraus-Maffei Wegmann
İstehsal tarixi: 1964 – 1984
Xidmətə giriş ili: 1966 – günümüzə
İstehsal sayı: 6000 ədəd
Ekipaj: 4 nəfər
== Ölçülər ==
Ağırlığı: 42.4 ton
Uzunluğu: 7.09 m
Lülə daxil olmaqla: 9.54 m
Lülənin uzunluğu: 5.89 m
Eni: 3.41 m
Hündürlüyü: 2.76 m
Klirens: 0.44 m
== Müdafiə ==
Zirehi: diyirlətmə homogen polad
Zireh qalınlığı: 10–70 mm
Sis bombaları
Tank ekipajının Nüvə, Bioloji və Kimyəvi silahlarının təsirlərindən müdafiəsi (NBC qorunma)
== Performans ==
Zəminə təzyiq: 0.85 kq/sm ²
Dalış dərinliyi: 2.2 m (şnorkelsiz), 4 m (şnorkellə)
Xəndək keçmə: 3 m
Maneə keçmə: 1.15 m
Qalxma bucağı: 60º (Dikinə); 40º (Yana)
Mühərrik: MTU MB 838 Ca M500 dizel
At gücü: 830
Yanacaq çəninin tutumu: 985 litr
Maksimal sürət: 62 km/saat
Döyüş radiusu (Hərəkət ehtiyatı və ya mənzili): 600 km
Asqı tipi: fərdi burulma bar
== Optik sistemlər ==
Komandirin optik və idarəetmə sistemi: TRP-1A
Panoramik baxış sistemi: TEM 2A (8x) və (16x) böyütmə
== Silahlanma ==
Əsas silahı: 105 mm-lik "L7A3" yivli topu
Kalibr: 105 mm
Lülənin qalxma bucağı: –9º… +20º
Üfüqi tuşlama bucağı: 360º
Mərminin başlanğıc sürəti: 737–1475 metr/saniyə
Atış tezliyi: 10 atış/dəqiqədə
Atəş məsafəsi: 2 km
Maksimal atəş məsafəsi: 5 km
Döyüş sursatı: 60 ədəd
– 2 ədəd 7.62 mm "MG3" pulemyotu
Kalibr: 7.62 mm
Mərmi: 7,62×51 mm NATO
Atış tezliyi: 1000–1300 atış/dəqiqədə
Güllənin başlanğıc sürəti: 820 metr/saniyə
Atəş məsafəsi: 1.2 km
Maksimal atəş məsafəsi: 3.75 km
Mərmi sayı: 5200 ədəd
== Tarixi ==
Bundeswehr, yeni bir tank hazırlama məqsədiylə Leopard proyektini 1956-cı ildə başladı. Bu layihənin başlama səbəbləri; Bundeswehrin əlindəki bütün tankların ABŞ istehsalı M47 və M48 tankları olması və Bundeswehrin müasir bir döyüş tankına ehtiyac duymasıydı.
Yeni çıxarılacaq tank 30–40 ton ağırlığında, yaxşı bir mühərrikə sahib olan, NBC qorumalı, dövrün anti-tank silahlarına dayanıqlı və Varşava Paktının üzvlərinin sahib olduğu tanklardan daha yaxşı bir tank olmalı idi.