Levirat
Levirat (lat. levir; "qayın") — nikahın qədim formalarından biri, vəfat etmiş qardaşın arvadı ilə subay qardaşın evlənməsi.
== Sözün mənşəyi ==
Levirate termini "ərin qardaşı" mənasını verən latın dilində levir sözündəndir.
== Haqqında ==
Evliliyin qədim növlərindən biri olmuş və dul qadının ölmüş ərinin qardaşı ilə evlənməsidir. Müharibə zamanı daha geniş yayılmışdı. Bu evlilik formasının icra edilməsinin bir sıra səbəbləri vardır. Levirat adətinə görə kiçik uşaqları olan evli qardaşlardan biri cavan yaşlarında vəfat etdikdə onun subay qardaşı, subay qardaşı olmadıqda isə evli qardaşlardan biri mərhum qardaşının uşaqlarını saxlamaq niyyəti ilə onun dul qadınına evlənirdi. Bu səbəblərdən biri əmlakın sahibi olmaq meyli idi. Tədqiqatçı Qiyasəddin Qeybullayev bu səbəbləri belə qeyd etmişdir: "Levirat nikah adətinin icra edilməsinin iki səbəbi vardı. Varlı zümrədə mərhumun varidatına sahib olmaq meyili əsas rol oynayırdı.